İşəgötürən 5 il ərzində işçilərin attestasiyasını həyata keçirmədiyi halda cərimə tətbiq oluna bilər?

İşəgötürən 5 il ərzində işçilərin attestasiyasını həyata keçirmədiyi halda cərimə tətbiq oluna bilər?

Satışı yekunlaşmaqda olan  “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

 

İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə - yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

Maddənin tələblərini misallarla izah edək.

Mİsal. İşəgötürən 5 ildən çox işləyən işçilərin attestasiyasını həyata keçirmir. Əsas kimi illik qiymətləndirmənin aparılmasının kifayət etdiyini göstərir. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işçilərin attesasiya olunmamasına görə inzibati cərimə tətbiq edilə bilməz. Çünki işçilərin attestasiyasını keçimək işəgötürənin hüququdur. İşəgötürən işçilərin səviyyəsindən razıdırsa, o zaman attestasiyasının keçirilməsinə ehtiyac duymaya bilər.

O zaman işçilərin yerlərinin attestasiyasının keçirilməsi qaydaları ilə bağlı inzibati xəta nə vaxt tətbiq olunur? Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli, 97 nömrəli qərarı ilə  “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi QAYDALARI” təsdiq edilib. Qaydalarda qeyd olunur ki, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra  attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə,  işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

Mİsal. İşəgötürən işçilərin attestasiyasını həyata keçirib və attestasiya komissiyasının 1 fevral 2022-ci il tarixli tövsiyəsinə uyğun olaraq satış meneceri vəzifəsində çaışan işçinin maaşına edilən əlavənin ləğvini məqsədəuyğun sayıb. İşəgötürən 15 mart 2022-ci il tarixdə ləğvi həyata keçirib. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürəni İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə uyğun cərimələyəcək.  Çünki işəgötürən qərarı komissiyanın tövsiyəsindən 30 günlük müddət ötdükdən sonra verib və bununla da işçilərin attestasiyası qaydalarını pozub.

Mİsal 2.  İşəgötürən vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçiləri attestaiya edib. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən qeyd edilən şəxslər attestasiyadan azaddır. Dövlət Əmək Müfəttişliyi Xidməti attestasiya qaydalarının keçirilməsi zamanı yol verdiyi pozuntuya görə işəgötürənə İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsini tətbiq edə bilər.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi uçotu A-dan-Z-yə

2. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

3. Əmək Qanunvericiliyi Toplusu 2023

4. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

5. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

6. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

7. Mühasibat uçotu 2022

8. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər