ƏMAS-da əmrin tarixi ilə xitam tarixi arasında fərq olduqda, proses necə tənzimlənir?

ƏMAS-da əmrin tarixi ilə xitam tarixi arasında fərq olduqda, proses necə tənzimlənir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

 

Əmrin tarixi ilə xitam tarixi arasında əlaqəyə gəlincə, sənədin tarixi xitam tarixi ilə eyni və ya fərqli ola bilər. Hər iki halı misalla izah edək.

Mİsal 1. İşəgötürən 10 sentyabr 2022-ci il tarixli əmrində qeyd edir ki, işçinin əmək müqaviləsinə 1 sentyabr 2022-ci tarixdə xitam verilib. ƏMAS altsistemində xitam tarixinin 1 sentyabr 2022-ci il kimi qeyd edilməsinə hər hansı məhdudiyyət qoyulmur.

Mİsal 2. İşəgötürən 10 sentyabr 2022-ci il tarixli əmrində qeyd edir ki, işçinin əmək müqaviləsinə 30 sentyabr 2022-ci il tarixdə xitam verilsin. İşəgötürən xitam əmrini 30 sentyabr 2022-ci ildən öncəki tarixlərə qeyd edərsə, ƏMAS altsistemi bu halda xitamın tarixinin gecikdirilməsi ilə bağlı səbəbin göstərilməsini tələb edəcək:

Gecikmə səbəblərində işçinin iş yeri və orta əmək haqqı saxlandığı hallardan biri (Əmək Məcəlləsinin 179-cu maddəsi) və ya müddətli əmək müqaviləsinin xitamı ilə bağlı Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsi qeyd edilməlidir. Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Təcrübədə adətən xitam əmrinin tarixi ilə xitam tarixi üst-üstə düşmür, çünki, işəgötürən əmri öncədən hazırlayır ki, müvafiq qurumlar təhvil-təslim prosesinin həyata keçirilməsi ilə bağlı məlumatlı olsun. Ancaq işəgötürən əmri öncəki tarixlərdə verib, ƏMAS sistemində xitam prosesini xitam tarixində həyata keçirsə, bu zaman xitamın səbəblərini göstərməyə ehtiyac qalmayacaq.

Qeyd edək ki, xitam üçün sonrakı tarixlərin qoyulmasının səbəbi yuxarıda qeyd etdiyimiz hallar olarsa, xitamın gecikmə səbəbi göstərilməlidir. Əks halda işəgötürən tərəfindən “Xitamın gecikmə səbəbi”ni doldurmağa ehtiyac qalmayacaq.

Məsələn, işəğötürən əmək müqaviləsi bitən, amma həmin dövrdə əmək qabiliyyətini itirən işçi ilə bağlı xitam tarıxini öncəki dövrlərə qeyd edərsə, o zaman “Xitamın gecikmə səbəbi”ndə Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinə istinad edəcək.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər