Ali təhsili olmayan mühasibə 21 gün əmək məzuniyyəti müəyyən edilə bilər?

Ali təhsili olmayan mühasibə 21 gün əmək məzuniyyəti müəyyən edilə bilər?

Satışı bitən amma 2023-cü ilin yanvar ayından satışda olacaq “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Bəzi işəgötürənlər vəzifə təlimatında işçiyə üçün ali təhsil tələbi qoymadıqları üçün onu mütəxəssis hesab etmirlər. Əgər “Vahid Tarif-İxtisas Sorğu Kitabçası” və ya Dövlət Statistika Komitəsinin hazırladığı məşğulluq təsnifatında mühasib vəzifəsi “mütəxəssis” qrupunda nəzərdə tutulubsa, o zaman işəgötürən də əmək məzuniyyətini 30 gün müəyyən etməlidir. Hətta işəgötürən hansısa vəzifə üçün minimal tələb müəyyənləşdirsə belə, həmin vəzifə qeyd etdiyimiz sənədlərdə “mütəxəssis” qrupuna aid edilibsə, o zaman ona 21 gün əmək məzuniyyəti müəyyən edilməsi əmək qanunvericiliyinə ziddir. Dövlət qurumu tərəfindən keçirilən yoxlamalar zamanı işçinin məzuniyyət gününün düzgün müəyyən edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, inzibati cərimə tətbiq ediləcək. Məsələn, ali təhsil diplomuna malik şəxs fəhlə kateqoriyasına aid olan vəzifədə çalışırsa, o zaman həmin şəxsə 30 gün yox, 21 gün əmək məzuniyyəti hesablanmalıdır.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Nabat 07 Dekabr 2022

    Anbardar vəzifəsi hansıqrupa daxildir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər