Çərşənbə axşamı, 29 Noyabr 2022 05:56

ƏMAS altsistemində xitam zamanı Əmək Məcəlləsinin 68.2 (a), yoxsa 69.1 maddəsi qeyd olunmalıdır?

Satışına START verilən “ƏMAS Platforması: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinin əsası əmrdə mütləq qeyd olunmalıdır. ƏMAS altsitemində əmək müqaviləsinin xitamına əsas verən maddələrin siyahısı təqdim edilib:
Əmək müqaviləsinə xitamla bağlı maddənin seçilməsi zamanı fərqli yanaşma olan məsələni misal üzərində nəzərdən keçirək.
Mİsal. İşəgötürən işçinin ərizəsinə uyğun olaraq bir təqvim ayı öncədən xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam verib. Bu zaman xitamla bağlı əmrdə Əmək Məcəlləsinin 68.2 (a), yoxsa 69.1 maddəsi qeyd olunmalıdır?
Suala fərqli cavablar mövcuddur. Bəzi həmkarlarımız hesab edirlər ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyənləşdirdiyi üçün həmin maddəyə də istinad edilməlidir. Bu fikirdə olanların digər digər əsaslandırması isə ondan ibarətdir ki, 69-cu maddənin adı “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” olduğu üçün, əmək müqaviləsinə xitamın əsası hesab edilə bilməz.
Digər fərqli yanaşmaya görə, Əmək Məcəlləsinin 69-cu maddəsində “qayda” ifadəsinin qeyd edilməsi texniki səhv kimi qiymətləndirilməlidir. Çünki Əmək Məcəlləsinin 76-cı maddəsində qeyd edilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, əmək müqaviləsinə xitamın əsası olaraq 69-cu maddəyə istinad edilməsi qanunvericilikdə nəzərdə tutulub.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın