İşçi əmək qabiliyyətini itirməsini təsdiq edən hansı sənədləri işəgötürənə təqdim etməlidir?

İşçi əmək qabiliyyətini itirməsini təsdiq edən hansı sənədləri işəgötürənə təqdim etməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından seçmə

İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsini təsdiq edən sənədlərin siyahısı ilə bağlı fərqli fikirlər mövcuddur. Bəzən işçi tibbi arayışı da işəgötürənə təqdim edir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilsin. Amma “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarda qeyd edilir ki, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Deməli, hər hansı tibbi arayışa görə ödənişin edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarla xəstəlik vərəqəsini vermək hüququna malik olan həkimlər müəyyənləşdirilib. Həmin qərarda qeyd edilir ki, işçilərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir. Müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri təqdim etmək etmək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə yuxarıdakı səhiyyə idarələri tərəfindən nəzarət olunmalıdır. Həmin feldşerlərin siyahısı və onların xəstəlik vərəqələrini vermə müddətləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Qərardan göründüyü kimi, bu tip xəstəlik vərəqəsini bütün həkimlər təqdim edə bilməz.

Həkimlərlə bağlı digər məqam isə həmin şəxlərin necə günlük xəstəlik vərəqəsi vermək hüququna malik olmalarıdır. Qərarda qeyd edilir ki, həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər.

Bəs, uzunmüddətli xəstəlik vərəqəsini vermək səlahiyyətinə kimlər malikdir? Qaydalarda qeyd edilir ki, bu prosses müalicə həkimi tərəfindən aparılır, amma bir şərtlə. Şərt odur ki, müalicə həkimi yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra xəstəlik vərəqəsini 6 gün və daha çox müddətə verə bilər. Bir məsələni də qeyd edək ki, ixtisaslar üzrə şöbələri olan müalicə idarələrində xəstəlik vərəqələrinin 6 gündən artıq uzadılması baş həkim tərəfindən şöbə müdirinə həvalə edilir.

İşәgötürәnin işçinin xәstәlik vәrәqәsini yoxlaya bilib-bilməməsi dә maraqlı mәsәlәdir. Təcrübədə rast gəlinən hallardan biri bəzi sağlam işçilərin müəyyən üsullarla xəstəlik vərəqəsi alaraq işəgötürənə təqdim etməsidir. Mks.az saytı olaraq bu məsələ ilə bağlı aşağıdakı suallarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik:

- İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin təqdim etdiyi sənədin doğruluğunu yoxlaya bilər?

- İşəgötürənin komissiya yaradıb əmək qabiliyyətini müvəqqəti itirdiyini iddia edən işçinin ev ünvanına səfər etmək və ya işçinin xəstəliyi ilə bağlı başqa səhiyyə orqanına müraicət edib təkrar müayinə tələb etmək kimi hüquqları var?

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi müavininin imzaldığı 23 avqust 2019-cu il tarixli məktubla suallarımıza aşağıdakı məzmunda cavab verilib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 17-ci hissəsinə əsasən, sığorta haqqı ödəyən uzun müddət və tez-tez xəstələnən şəxslərə baş həkim ayrıca həkim təhkim etməli və bu barədə həmkarlar ittifaqları komitələrini xəbərdar etməlidir. Sığorta edilmiş şəxsə ayrıca həkim təhkim olunması barədə həmkarlar ittifaqları komitələri xəstəni yazılı surətdə xəbərdar etməlidir ki, başqa həkimlər tərəfindən ona verilmiş xəstəlik vərəqələri ödənilməyəcəkdir (müstəsna olaraq həmkarlar ittifaqları komitələrinin xüsusi qərarlarından başqa).”

Xidmət rəsmilərinin cavabda istinad etdiyi qaydaya əsasən, uzun müddət və tez-tez xəstələnlərlə bağlı  prosesə nəzarət işəgötürən yox, baş həkim tərəfindən həyata keçirilir. Qaydalarda işəgötürənin işçinin təkrar müayinə etmək hüququ haqqında hər hansı məlumat verilmir.

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər