Cümə, 22 İyul 2022 08:41

Əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında xidmət müqaviləsi necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Xidmət müqaviləsinin bağlanılmasını qadağan edən daha bir hal işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsidir. Bu halda tərəflər arasında yaranan münasibətləri Əmək Məcəlləsi əmək münasibətləri kimi xarakterizə edir. Ancaq təcrübədə rast gəlinən hallardan biri də budur ki, işəgötürən, məsələn, qismən ödənişli sosial məzuniyyətə və ya öz hesabına uzunmüddətli ödənşsiz məzuniyyətə, ya da yaradıcılıq məzuniyyətinə çıxan işçinin yerinə yeni işçi götürmür, işçinin əmək funksiyalarının icrası üçün VÖEN-i olan fiziki şəxslə (fərdi sahibkarla) xidmət müqaviləsi bağlayır. Qeyd etdiyimiz kmi, bu, əmək qanunvericiliyinə ziddir. Əgər belə bir hal varsa, mütləq mülki hüquqi müqavilə əmək müqaviləsi ilə əvəz olunmalıdır.

Hesab edək ki, dizayner vəzifəsində çalışan işçi qismən ödənişli sosial məzuniyyətə çıxıb. Onun vəzifə funksiyalarının icrası üçün VÖEN-i olan fiziki şəxslə xidmət müqaviləsi bağlanılıb. Əmək münasibətlərinin dəqiqləşdirilməsi ilə bağlı Əmək Məcəlləsinə olunan əlavələrdən sonra həmin xidmət müqaviləsi əmək müqaviləsi ilə əvəz olunmalıdır.

 

Blank “Alov” MMC

ӘMR  № ________

Füzuli şәhәri                                                       ____ __________2021-ci il

İşlərin müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi üçün

dizayn xidmətinin göstərilməsi məqsədilə

bağlanılmış mülki hüquqi müqavilənin ləğvi haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 7-ci maddәsinin

2-3 hissəsinin 5-ci bəndinə və 2-4-cü hissəsinə əsaslanaraq

ӘMR EDİRӘM:

  1. Fərdi sahibkar Quliyeva Rəsmiyyə Әşir qızı ilə (VÖEN: 7500XXXXXX) bağlanılmış, dizayner vəzifəsinin funksiyalarının həyata keçirilməsini nəzərdə tutan 01 fevral 2021-ci il tarixli, 18/21 №-li mülki hüquqi müqavilə ləğv olunsun.
  2. Baş mühasib Ağayeva Sərvinaz Əfzələddin qızı mülki hüquqi müqavilədə nəzərdə tutulan qaydada Quliyeva Rəsmiyyə Әşir qızı ilə son hesablaşmaların həyata keçirilməsini təmin etsin.
  3. Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızı:

3.1 Quliyeva Rəsmiyyə Әşir qızının ştat cәdvәlinә uyğun olaraq aylıq vәzifә maaşı 345 (üç yüz qırx beş) manat müәyyәnlәşdirilmiş dizayner vəzifəsinə qəbul olunması üçün onunla Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə müvafiq olaraq müddəti 1 (bir) il olmaqla əmək müqaviləsi bağlanılması və əmək müqaviləsi göstəricilərinin elektron informasiya sisteminə daxil edilməsi prosedurlarını həyata keçirsin.

3.2. Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə elektron qaydada məlumat əldə edildikdən sonra işçinin işə qəbul olunmasının əmrlə rəsmiləşdirilməsini təmin etsin.

  1. Әmrin icrasına nəzarət direktorun müavini Cumayev Sədrədddin İnqilab oğluna həvalə olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Quliyeva R.Ə.  Tarix: ________

__________ Ağayeva S.Ə.  Tarix: ________

__________ Cumayev S.İ. Tarix: ________

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Şərh yazın