Məzuniyyətin əmsallaşdırılması zamanı kütləvi artım necə nəzərə alınmalıdır?

Məzuniyyətin əmsallaşdırılması zamanı kütləvi artım necə nəzərə alınmalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (II nəşr) kitabından sçemə

“Bəs, özəl sektorda kütləvi artım necə müəyyən edilməlidir” sualına cavab olaraq bildirmək istəyirik ki, işəgötürən əmək haqqı artımını bütün işçilərə şamil etmirsə, hər hansı kateqoriyalı işçilər üzrə əmək haqqını artırmaq istəyirsə, bunu kollektiv müqavilədə qeyd etməlidir. Əgər işəgötürən kollektiv müqavilə tətbiq etmirsə, o zaman işçilərlə bağlanan əmək müqavilələrində əmsallaşdırma haqqında məlumatı nəzərə almalıdır.

Mİsal.  İşəgötürən qərar verir ki, yalnız fəhlələrin əmək haqqı artırılsın. Bu halda əmək müqavilələrində inflyasiya, qiymətlərin artımı və digər səbəblərdən dövri olaraq əmək haqqı artımı zamanı əmsallaşdırma tətbiq olunması qeyd edilməlidir.

Fikrimizcə, DƏMX-nin müfəttişləri yoxlamalar zamanı bu cür rəsmiləşdirməyə hər hansı irad tuta bilməzlər. Çünki işəgötürən bu addımı işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə atıb.

Bəzi müəssisələr var ki, orada minimum əmək haqqının artımı işçilərin əmək haqlarına təsir etmir. Belə işəgötürənlər bütün işçilər üzrə inflyasıya və ya qiymət artımı ilə əlaqədər dövri olaraq əmək haqları üzrə tənzimləmə həyata keçirirlər. Bu cür hallarda əmsallaşdırmanın aparılması labüddür.

İşəgötürən kollektiv müqavilədə və ya əmək müqaviləsində qeyd etsə ki, qiymətlərin və ya inflyasiyanin artımı ilə əlaqədar müəyyən kateqoriyalı işçilərin (ayrı-ayrı işçilər nəzərdə tutulmur) əməyinin ödənilməsi tənzimlənməlidir, bu halda məzuniyyətin əmsallaşdırılması həyata keçirilməlidir.

 

"MKS Academy" MMC-dən növbəti tematik təlim

Təlimin adı:  “Məzuniyyət və Müavinət hüququ: A-dan Z-yə”

Əmək Qanunvericiliyinin tələbləri nəzərə alınmaqla məzuniyyət və müavinət hüququnun yaranması, müddətlərin hesablanması və müvafiq proqram təminatlarında (ƏMAS alt sistemi və DSMF-ə təqdim edilən müavinət platforması) əks etdirilməsi tematik təlimdə misallar üzərindən izah olunacaq

Tarix:  16 iyul 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər