İşçilərin iş vaxtından artıq işlәrin görülmәsinә cәlb olunması ilə bağlı bildiriş (Nümünəvi forma)

İşçilərin iş vaxtından artıq işlәrin görülmәsinә cәlb olunması ilə bağlı bildiriş (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Misal. Bakı şəhərində baş verən güclü yağışdan sonra yeraltı tunellər su ilə dolduğundan kabellər sıradan çıxıb, bəzi abonentlərin internet və sabit telefonla təchizatında fasilələr yaranıb. Bu zaman ATS-lərarası kabellərin təmirini həyata keçirən müəssisənin işçilərinin iş vaxtından artıq işləməsinə ehtiyac yaranır, çünki iş vaxtı ərzində zərər görmüş kabellərin hamısını bərpa etmək mümkün olmur. Bu zaman işçilərin iş vaxtından artıq işlәrә cәlb olunması ilә bağlı onlara ünvanlanmış bildirişin nümunәvi forması aşağıdakı mәzmunda olur:

 “Alov” MMC-nin Təmir sexinin işçilərinə

Bildiriş

İşçilərin iş vaxtından artıq işlәrin görülmәsinә cәlb olunmasının zәruriliyi barәdә

22 iyun 2020-ci il tarixində Bakı şəhərində baş vermiş güclü leysan xidmət göstərdiyimiz bəzi sahələrdə ATC-lərarası yeraltı kabellərin sıradan çıxmasına səbəb olmuşdur. 23 iyun 2020-ci il tarixində, iş vaxtı ərzində qəzanın nəticələrinin tam şəkildə aradan qaldırılması mümkün olmamışdır. Bu səbəbdən Sizi 23 iyun 2020-ci il tarixindә iş vaxtı bitdikdәn sonra işdә qalıb işlәmәyin vacibliyi barәdә mәlumatlandırıram.

Sizә iş vaxtından artıq işlәrә cәlb olunduğunuz hәr saata görә saatlıq tarif (vәzifә) maaşınızın ikiqat mәblәğindәn aşağı olmamaqla әmәk haqqı ödәnilәcәk.

 

Direktor ________ Nәbili N.N.

Tarix _________

Bildirişi aldım, 22 iyun 2020-ci il tarixindә iş vaxtından artıq işә cәlb olunmağa razıyam.

____________ Әliyev N.Ş.

Tarix _________

 

 Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər