Emin Əmrullayev: “Tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir”

Emin Əmrullayev: “Tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir”

“Bizim əmək bazarı ilə bağlı ciddi elmi tədqiqata ehtiyacımız var. Biz başa düşməliyik ki, mühüm sualların cavabları xoşumuza gəlsə də, gəlməsə də, onlara uyğun cavablar hazırlamalıyıq. Özəl və ya dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını bugünkündən dəfələrlə artırmağa ehtiyac var”.
Bu barədə Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, tələbələrin buna çox ehtiyacları var: “Çünki tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir. Çünki bilmirlər harada nəyi axtarırlar. Bu mənada işəgötürənlər həmin karyera mərkəzləri ilə daha yaxından işləsələr, biz də Elm və Təhsil Nazirliyi olaraq ona hər cür şərait yaratmağa hazırıq”.

 

Satışda olan YENİ nəşrimiz: "ƏMAS platforması: A-dan Z-yə" kitabı

Proqram təminatı və əmək qanunvericiliyinin tələblərinin  addım-addım izahı + 20-ə yaxın Nümünəvi forma

Kitabın istənilən ünvana çatdırılması ödənişsiz olaraq həyata keçirilir.

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72,  012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər