İşçinin işləmədiyi günlərə hesablanan mükafatın məbləği haqq-hesab cədvəlində necə nəzərə alınacaq? (4-cü yazı)

İşçinin işləmədiyi günlərə hesablanan mükafatın məbləği haqq-hesab cədvəlində necə nəzərə alınacaq? (4-cü yazı)

Əsasnaməyə edilən dəyişiklikdə 28-ci bəndin beşinci abzası çıxarılıb.

Dəyişikliyə qədər, Əsasnamənin 28-ci maddəsində orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından müəyyən dövrə düşən iş günləri çıxılırdı...

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov yenilikləri şərh edib:

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Dəyişikliyə qədər Əsasnamənin 28-ci bəndinin beşinci abzasında qeyd edilirdi ki,  əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir.

Misal. İşçi istehsalat təqvim üzrə cari ayda 20 iş günü çalışmalı olduğu halda 15 iş günü ərzində əmək funksiyasını həyata keçirib. İşçinin həmin ayda aldığı mükafat 500 manatdırsa, o zaman işəgötürən 15 iş günə müvafiq olaraq 375 manatı ((500 manat (mükafatın məbləği) x 15 iş günü (işlədiyi günlərin sayı)) 20 iş gün (işləməli olduğu günlərin sayı) haqq-hesab cədvəlində nəzərə almalı idi.

Əsasnaməyə edilən dəyişiklikdən sonra, 28-ci bəndin beşinci abzası çıxarılıb. Dəyişiklikdən sonra işçinin aldığı mükafat işlədiyi günlərdən asılı olmayaraq tam şəklində qazanc olaraq haqq-hesab cədvəlinə qeyd ediləcək.

 

Növbəti tematik TƏLİMİMİZ:
Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri
Tarix: 24 sentyabr 2022-ci il saat 15:00
Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir
Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

Satışda olan NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat (Satışı bitib)
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat (Satışı bitib)
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışı bitib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

0 Komment

    Şərh yazın

    Xəbərlər