Əmək müqaviləsinin bağlanması necə rəsmiləşdirilir?

Əmək müqaviləsinin bağlanması necə rəsmiləşdirilir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən hansı sənədləşmələrin həyata keçirilməsinə diqqət yetirək. Qeyd edək ki, bu prosesdə istifadə olunan nümunəvi sənədlərin hazırlanması haqqında təşkilatımızın digər nəşri olan “A-dan Z-yə Kargüzarlıq” kitabında geniş məlumat verilib.

Əmək Məcəlləsinin 81-ci, “Əmək müqavilələri bağlanmasının sənədləşdirilməsi” maddəsinin birinci hissəsinə əsasən, kargüzarlıq işini tənzimləmək məqsədilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.
Maddədən göründüyü kimi, işəgötürənin əmrinin olması mütləq tələb kimi qoyulmayıb. İşəgötürən istəsə, prosesi əmrlə rəsmiləşdirə bilər. İşəgötürənə və insan resursları bölməsində çalışan həmkarlarımıza tövsiyə edərdik ki, işə qəbul olunan işçilər üzrə müvafiq sənədləşmələri həyata keçirsinlər.
İşə qəbul əmrinin, yoxsa əmək müqaviləsinin birinci tərtib olunmasına gəlincə isə, Əmək Məcəlləsinin 81-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.
Maddədən göründüyü kimi, işəgötürən yalnız işçi ilə əmək müqaviləsi bağlandıqdan sonra bu barədə əmr verə bilər.
Mİsal 1. İşəgötürən 24 fevral 2022-ci il tarixdə əmr verir ki, 1 mart 2022-ci il tarixdə işçi ilə əmək müqaviləsi imzalansın. İşəgötürənin bu cür əmr imzalaması əmək qanunvericiliyinə ziddir.
Mİsal 2. İşəğötürənlə işçi arasında 22 fevral 2022-ci ildə əmək müqaviləsi imzalanmasına baxmayaraq, işəgötürən bu barədə 26 fevral 2022-ci il tarixdə əmr verir. Bu halda hər hansı qanun pozuntusu yoxdur, çünki işəgötürən əmək müqaviləsi imzalandıqdan sonra əmrin tərtibini həyata keçirib.

ƏMAS sistemi ilə bağlı növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 15:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər