Dövlət maliyyə dəstəyi üzrə ödənilən əmək haqqı üzrə icbarı ödənişlər necə hesablanmalıdır? (Misalla izah)

Dövlət maliyyə dəstəyi üzrə ödənilən əmək haqqı üzrə icbarı ödənişlər necə hesablanmalıdır? (Misalla izah)

Xəbər verdilyimiz kimi, İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının müəyyən hissəsinin ödənilməsi məqsədilə vergi ödəyicilərinin bank hesabına ödənişləri həyata keçirib.

Qeyd edək ki, Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq. Artıq birinci mərhələ olaraq 50 faiz ödəniş olunub.  Həmçinin, dövlət sektorunda çalışan işçilərə ödənilməli olan əmək haqqı ilə yanaşı,  müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülüb.

Aprel ayı üzrə işçilərə əmək haqqı hesablanan zaman icbari ödənişlərin necə hesablanması ilə bağlı mks.az saytına çoxlu sualın daxil olmasını olmasını nəzərə alaraq, saytının ekspertləri prosesi misal üzərindən izah edib.

Misal. Turizm sektorunda fəaliyyət göstərən vergi ödəyicisinin işçisinin əmək haqqı 1 aprel  2020-ci il tarixinə 500 manat təşkil edir. Dövlət tərəfindən ödəniləcək məbləğ 575 manat (500 + 500 x 15 %) manat təşkil etdiyindən ilkin olaraq vergi ödəyicisinə 287,50 manat (575 manat x 50 faiz) ödəniləcək.

İndi isə aprel ayında işçinin alacağı əmək haqqına uyğun vergi ödəyicisinin ödənişlərini nəzərdən keçirəcək:

 

Sıra

Əməliyyatın adı

Hesablanan məbləğ

Qeyd

1

Aprel ayı üzrə işçinin əmək haqqı

500,00

 

2

Əmək haqqıdan gəlir vergisi

0,00

Vergi Məcəlləsinə əsasən 8000 manata qədər məbləğdən gəlir vergisi hesablanmır

3

Əmək haqqıdan hesablanan sosial ayımra

36 manat (6 (200 x 3 faiz) + 30 ((500-200) x 10 faiz)

 

4

Əmək haqqıdan hesablanan işsizlikdən sığorta

2,5 manat (500x 0,5 faiz)

 

5

İşçiyə ödəniləcək məbləğ

461,50 manat (500-36-2.5)

 

6

İşəgötürənin  əmək haqqı fondundan hesabladığı sosial ayırma

89 manat (44 (200x 22 faiz)+ 45 ((500-200)x15 faiz)

Dövlət tərəfindən 75 manat (500x 15 faiz) ödənldiyi üçün sosial ayırmanın 14 manatı (89-75) işəgötürənin öz vəsaiti hesabına ödəniləcək

7

İşəgötürənin əmək haqqı fondundan hesabladığı işsizlikdən sığorta

2,5 manat (500x 0,5 faiz)

Dövlət tərəfindən bu ödəmə növü üzrə ödəniş həyata keçirilmədiyi üçün tam şəkildə işəgötürənin öz vəsaiti hesabına ödəniləcək

 

Cədvəldən göründüyü kimi, vergi ödəyicisi 500 manatlıq əmək haqqı üzrə dövlətin maliyyə dəstəyindən əlavə cəmi 16, 50 (14 +2,50) manat ödəniş etməlidir.

Qeyd edək ki, ödənişlər mərhəli aparıldığı üçün vergi ödəyicisi ilkin olaraq 230,75 manat (461,50/2) əmək haqqını işçinin cari hesabına ödəməlidir. Növbəti trans zamanı digər 230,75 manatlıq ödəmə həyata keçirilməlidir.

 

3 Komment

  1. Zeyneb 21 Aprel 2020

    Salam, bəs onda 3 faiz müvafiq olaraq 10 faiz və 0.5 faizi kim ödəyəcək? əgər dövlət şikətə ödənilməli əməkhaqqının yarısını ((500-36-2.5)/2) göndərirsə? ikinci sual 15 faiz nədir? niyə dövlət belə bir rəqəm qoyub? üçüncü sual mart ayında ümumi əməkhaqqı fondum 48258.14 azn təşkil edib burdan görünürki 55496.86 azn pul ödəməlidir dövlət, ikinci tərəfdən sizin hesablamanıza müvafiq olaraq 241.29 azn 0.5 faizi və 3301.79 azn 3 və 10 faizi çıxsaq alınan məbləğ 44715.15 azn edir. Həm ilk rəqəmin yəni 55496.86/2= 27748.43 azn həmdə ikinci hala uyğun olaraq 22357.58 azn köçürülməlidir, lakin dövlətdən 24180.7 azn pul köçüb. İndi sual yaranır bunu dövlət necə tənzimləyir? sonra biz hesabatlarımızı necə edəcəyik?

  2. İbrahimova Gülşən 31 Yanvar 2021

    Dövlət maliyyə dəstəyi üzrə ödənilən əmək haqqının müxabirləşməsi necə yazılacaq və hansı hesaba silinəcək. Mənfət vergisi ödəyicilərində həmin məbləğ gəlirə daxil edilib 217 sətirdə yəni qeyri satışdan gələn gəlirdə göstəriləcəkmi, çünki hesabatda o məbləğ xərcdə əmək haqqına və dsmf vergisinə salınıb.Müəssisənin işçi sayı 20 nəfər illik dövriyyəsi 70-80 min manat olur, kiçik sahibkar kimi müəssisə mənfəət verisi hesabatını doldurarkən 75% güzəşt tətbiq olunacaqmı? Xahiş edirəm məni bu haqda məlumatlandırasınız. Əvvəlcədən təşəkkürlər.

  3. Gülşən 31 Yanvar 2021

    Dövlət maliyyə dəstəyi üzrə ödənilən əmək haqqının müxabirləşməsi necə yazılacaq və hansı hesaba silinəcək. Mənfət vergisi ödəyicilərində həmin məbləğ gəlirə daxil edilib 217 sətirdə yəni qeyri satışdan gələn gəlirdə göstəriləcəkmi, çünki hesabatda o məbləğ xərcdə əmək haqqına və dsmf vergisinə salınıb.Müəssisənin işçi sayı 20 nəfər illik dövriyyəsi 70-80 min manat olur, kiçik sahibkar kimi müəssisə mənfəət verisi hesabatını doldurarkən 75% güzəşt tətbiq olunacaqmı? Xahiş edirəm məni bu haqda məlumatlandırasınız. Əvvəlcədən təşəkkürlər.

Şərh yazın

Xəbərlər