İşçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməməsinə görə işəgötürənlər üçün İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.

Mövzunu şərh edən iqtisadçı ekspert, "Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramov bildirib ki, Məcəllənin 469.2-ci bəndinə əsasən, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Misal. Tutaq ki, "A" MMC-də keçirilən yoxlamalar zamanı işçilərin icbari sığortasının olmadığı müəyyən edilib. Yoxlamanın nəticəsi olaraq vəzifəli şəxs kimi "A" MMC-nin rəhbəri 1.500 manat məbləğində cərimə edilir.

"A" MMC-nin hüquqi şəxs kimi cərimə olunmasına gəlincə, İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Əgər səlahiyyətli orqanlar, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, inzibati xəta üzrə hüquqi şəxsin cərimələnməsinə kifayət qədər əsaslar müəyyən edərsə, bu zaman inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmənin qərarına əsasən, "A" MMC 5.000 manat məbləğində cərimə edilə bilər.

Fəxriyyə İKRAMQIZI

Vergiler.az

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.