Vergi orqanlarına işə qəbul prossesinin müsahibə mərhələsində hansı tip suallar soruşulur?

Vergi orqanlarına işə qəbul prossesinin müsahibə mərhələsində hansı tip suallar soruşulur?

Xəbər verdiyimiz kimi, 26 may 2018-ci il tarixdə Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib. İmtahan nəticələrinə əsasən, 139 namizəd 70 və dah çox çox bal topladığı üçün növbəti müsahibə mərhələsinə keçib. Namizədləri düşündürən məsələ ondan ibarətdir ki, müsabihə mərhələsində hansı formada keçirilir və hansı mövzuda suallar verilir.

Ötən müsabihələrdə iştirak edərək uğurlu nəticə əldə edən və adını açıqlamasını istəməyən şəxs bu haqda fikirlərini mks.az saytına bölüşüb: “Müsahibə mərhələsində təqdimat mövzumun adı belə olub: Vergi siyasəti və onun tipləri. Prezentasiyamı təqdim etdikdən sonra suallar verilməyə başlandı. Fikrimcə, müsahibənin əsas nöqtəsi sualllara necə cavab verməkdən ibarət idi. Suallar əsasən, vergi qanunvericiliyi və ümümi dunyagörüşü ilə əlaqədar olurdu. Dunyagörüşü ilə bağlı suallara gəlincə isə, İpək yolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri, onun ölkədə olan əhəmiyyəti və s. bu tipdə suallardan ibarətdir. Bundan əlavə, psixoloji suallar verilir ki, bununla da namizədin xarakterini müşahidə etməyə çalışırlar.”
Namizəd həmçinin qeyd etdi ki, Vergilər Nazirliyinin həmçinin kadr işləri üzrə şöbənin rəhbərliyində dəyişikliklər olduğuna görə müsabihə mərhələsinə yanaşma da dəyişə biləciyini bildirdi.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər