Hansı tip vergi ödəyiciləri üçün KASSA METODU SƏRFƏLİDİR?

Hansı tip vergi ödəyiciləri üçün KASSA METODU SƏRFƏLİDİR?

28 may 2018-ci il tarixdə Milli Mühasiblər Forumu çərçivəsində keçirilən seminarda mks.az-in eksperti, sərbəst auditor Altay Cəfərov “Ehtiyatların mühasibat uçotu və vergi uçotu baxımından tələb olunan  qaydaları, uçot zamanı yaranan problemlər və həlli yolları» mövzusunda təqdimat edib. Təqdimatdan maraqlı olan hissələri oxucuların diqqətinə çatdırırıq.

Altay Cəfərov gəlirin və xərcin uçotu prinsiplərində istifadə olunan kassa və hesablama metodu ilə bağlı maraqlı təklif verib: “Kassa metodu ilə uçot aparmaq hansı hallarda uyğundur? Təcrübəmdə vergi ödəyiciləri var ki, onlara təklif edirəm ki, kassa metodu ilə işləsin. Bu tip vergi ödəyicilərinə icarə fəaliyyəti ilə məşğul olanları aid etmək olar. Cünki əksər hallarda icarədarlar vaxtlı- vaxtında icarə haqqını icarəçilərə ödəmirlər. Bu səbəbdən kassa metodu uyğundur ki, ödəniş qəbul edildikdə, gəlir kimi tanısın. Nəzərə alaq ki, icarə fəaliyyəti ilə məşğul olanların da xərcləri də adətən sadə olur.”

 

ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Xəbərlər