DİQQƏT!!! Vergilər Nazirliyinin nümayəndəsi: KASSA metodu LƏĞV olunacaq

DİQQƏT!!! Vergilər Nazirliyinin nümayəndəsi: KASSA metodu LƏĞV olunacaq

Azərbaycan Dövlət İqtisad Universititetinin müəllimi, tanınmış mütəxəssis Abdulkərim Sadıqovdan Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavininə mühasibləri maraqlandıracaq aktual sual

Xəbər verdiyimiz kimi, 05 may 2018-ci il tarixdə “Rəqəmsal biznes trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumu (FIF2018) baş tutub. Mks.az saytı olaraq, Milli Mühasiblər Forumundan olduğu kimi bu tədbirdən də maraqlı və faydalı məlumatları diqqətinizə çatdırmağı davam etdiririk.

Forumun sual-cavab hissəsində Azərbaycan Dövlət İqtisad Universititetinin müəllimi, tanınmış mütəxəssis Abdulkərim Sadıqov aktual məsələyə toxunub: "Vergilər Nazirliyinin nümayəndəsi çıxış zamanı bildirdi ki, vergi uçotu ilə mühasibat uçotunun eyniləşdirilməsi prossesi həyata keçirilir. Maraqlıdır ki, Maliyyə və Vergilər Nazirliyinə təqdim olunan hesabatların eyniləşdirməsi prossesi nə vaxt həyata keçiriləcək? Hesabatların mümkün ola biləcək qədər uzlaşdırılması ilə bağlı işlər görülürmü?"

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov suala cavabında bildirib ki, vergi və mühasibat uçotunun uzlaşdırılması ilə baglı işlər aparılıb və hazırda təkmilləşdirmə davam edir: "2013-cü ildə həm Mənfəət, həm də Sadələşdirilmiş vergi bəyannamələrinin əlavələrində dəyişiklik aparılaraq, uyğunlaşdırma ilə bağlı işlər görülüb. Artıq aktiv, kapital və öhdəliklər bölmələri bəyannamələrdə əks etdirilir. Təbii ki, uçot baxımdan da fərqlər mövcüddür. Misal üçün, əsas vəsaitlər. Vergi Qanunvericiliyinə əsasən, dəyəri 500 manatdan yuxarıdırsa, amortizasiyanın hesablanması və yenidən qiymətləndirilməməsinin nəzərə alınmaması varsa əsas vəsaitdir. Mühasibat uçotu baxımından isə (standartların tələbinə görə) bir dəfə qiymətəndirilirsə, hər il qiymətləndirilməlidir, aktivinöz həyat dövrünə uyğun olaraq amortizasiya zamanı 3 metoddan da istifadə hüququ verilir."

Nicat İmanov uçotların uyğunlaşdırılması prosesində vergi uçotu zamanı ödəyicilərə geniş imkanların verilməyəcini də bildirib: "Vergi qanunvericliyi fiskal siyasətinin tərkibi olduğuna görə bir o qədər də geniş imkanlar yarada bilməz. Vergi qanunvericiliyi birmənalı, hamı tərəfindən anlaşılan siyasət olmalıdır və konkret dəyər tələb edir ki, sahibkar öz uçotunu bir metodla aparsın.  Bu səbəbdən də geniş, şaxələndirici istiqamətə getmək vergi siyasətinin tələbinə uyğun gələ bilməz. Amma təbii ki, vergi ilə mühasibat uçotunu uyğunlaşdırmaq məqsədimizdir. Misal üçün, gələcək illərdə kassa metodunu aradan qaldırmaq istəyirik. Bəzən vergi ödəyicisi kassa metodunun sadəliyini düşünərək tətbiq edir, amma nəzarət baxımdan sonradan problemlərlə üzləşir. Ona görə də, vergi qanunvericiliyi tələb edir ki, uçotunda hansı metodursa, vergi baxımdan da həmin metodu tətbiq etməlisən. Kassa metodu əsasən kiçik sahibkarlıq subyektləri üçündür, amma təşkilatlanmış sahibkarların, idxal-ixracla məşğul olanların uçotu hesablama metodu ilə aparması daha məqsədəuyğundur. Bir daha xatırlatmaq istəyirəm ki, bəyannamələr üzrə təkmilləşdirmə işləri aparılır, amma vergi uçotu baxımından vergi ödəyicilərinə geniş səlahiyyətlərin verilməsi nəzərdə tutulmayıb. Cünki metodların tez-tez dəyişməsi nəticəsində ciddi fərqlər yaranır ki, bu da vergi ödəyiciləri ilə vergi orqanları arasında geniş müzakirələrin yaranmasına səbəb olur".

------------------------------------------------------------------------------------------------------------

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2) Vergi Qanunvericliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR. 15 may 2018-ci il tarixdən satışda

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər