Altay Cəfərovdan elektron qaimə fakturanın hansı hallarda tətbiq olunmasına dair təqdimat

Altay Cəfərovdan elektron qaimə fakturanın hansı hallarda tətbiq olunmasına dair təqdimat

28-29 aprel 2018-ci il tarixlərində keçirilən, mks.az saytının media tərəfdaşı olduğu Milli Mühasiblər Forumunun sessiyalarında spikerlərin təqdimat  zamanı səsləndirdiyi maraqlı məqamları təqdim edirik

Forumun sessiyasında Azərbaycan Respublikası Auditorlar palatasının üzvü, sərbəst auditor Altay Cəfərov "Elektron qaimə-faktura tətbiqi zamanı yaranan problemlər" mövzusunda təqdimat edib. Təqdimat zamanı Altay Cəfərov elektron qaimə-fakturanın zərurliyi haqqında məlumat verib: "Gəlin, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə diqqət yetirək. Həmin maddədə qeyd edilib ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Gördüyünüz kimi, konkret yazılıb ki, "elektron qaimə-faktura verir" yəni hər hansı " EQF-ni verə

bilər", "EQF-ni verməlidir" vəya "EQF-ni verəcək" kimi anlayış yoxdur.  Hər hansı vergi ödəyici hər hansı vergi ödəyicisinə mali iş (xidmət) təqdim edibsə, təhvil verən kimi elektron qaimə-fakturanı təqdim etməlidir.  Bir daha xatırladım ki, bu münasibətlər hər iki tərəfi vergi ödəyici olduğu halda tətbiq edilir. Bundan əlavə, ötən ilin iyul ayında təsdiq olunan qaydalara əsasən, topdansatış, ictimai-iaşə, pərakəndə ticarət və istehsal sahəsində fəaliyyət göstərən sahibklar uçot sənədləri tətbiq edərkən Vergi Məcəlləsinə istinad etməlidir. Vergi Məcəlləsinə də istinad isə elektron qaimə-fakturaların tətbiq edilməsi anlamına gəlir."

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər