Vergilər naziri yenə iri şirkətlərin vergidən yayınma yollarından danışdı

Vergilər naziri yenə iri şirkətlərin vergidən yayınma yollarından danışdı

Vergilər naziri Mikayıl Cabbarov "transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə  dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimində vergidən yayınanlar haqqında açıqlama verib: "Qlobal şirkətlərin vergiləri minimallaşdırmaq məqsədi ilə müxtəlif sxemlərdən istifadə etməsi, yekun mənfəəti əldə etmək üçün qarşılıqlı asılı olan şəxslər arasında əməliyyatları və qiymətləri sövdələşmə yolu ilə planlaşdırması vergi orqanları üçün bir çox çətinliklər yaradır". 

Onun fikrincə, belə davranışdan yaranan vergi riskləri bu gün geniş yayılmış vergidən yayınma formalarından biridir: "Qloballaşma prosesinin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. Azərbaycan da bu baxımdan müəyyən çağırışlarla üzləşir". 

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər