Vergilər Nazirliyi ilə "SABAH" qruplarının əməkdaşlığının üstün cəhətləri

Vergilər Nazirliyi ilə "SABAH" qruplarının əməkdaşlığının üstün cəhətləri

Vergilər Nazirliyi və  SABAH qrupları arasında memorandumun imzalanması haqqında məlumat vermişdik. Memorandum haqqında daha ətraflı məlumat almaq üçün "Vergilər" qəzeti SABAH layihəsinin rəhbəri Şahin Seyidzadə müsahibə alıb. Həmkarlarımız üçün maraqlı olacağını nəzərə alaraq, həmin müsahibədən seçmələri diqqətinizə catdırırıq:
  • SABAH qruplarının 650 nəfərə yaxın müəllim-professor heyəti respublikamızın ali təhsil müəssisələrindən seçilmiş müəllimlər, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli  ə xarici şirkətləri təmsil edən peşəkarlardan ibarətdir. SABAH qruplarına tələbələrin qəbulu və professor-müəllim heyətinin seçimi müsabiqə yolu ilə aparılır.
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Təhsil Nazirliyi arasında imzalanmış əməkdaşlıq memorandumu qarşıya qoyulan ortaq məqsədlərə çatmaq, ölkəmizin gənc insan kapitalını dəyərləndirmək və dəstəkləmək yolunda atılmış birgə addımdır. Bu sənəd çərçivəsində hər iki nazirliyin insan resurslarının peşəkar inkişafı, eyni zamanda ali təhsil müəssisələrində yetişən on minlərlə tələbənin bilik, bacarıq və daha çox peşəkar inkişaf imkanları əldə etməsi üçün əlverişli imkanların yaradılması nəzərdə tutulur. Memorandum Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətə cəlb olunmasını, müasir standartlara cavab verən kadr hazırlığı proqramlarının, müvafiq sahə üzrə biliklərin vahid qiymətləndirilməsi formasının, təhsil müəssisələri üçün vahid vergi proqramının tərtib edilməsini, Təhsil Nazirliyi tərəfindən mövcud səlahiyyət və imkanlar çərçivəsində istedadlı gənclər üçün həyata keçirilən xüsusi layihələrə dəstək göstərilməsini, birgə elmi-praktik konfranslar, olimpiadalar, seminarlar, «dəyirmi masa»lar, treninqlər keçirilməsini və bu qəbildən olan bir çox məsələləri əhatə edir.
  • SABAH qruplarında mövcud olan bir sıra ixtisasların tədris planlarına əsasən, vergi və vergitutma sahəsində müəyyən fənlər tədris edilir. Bundan əlavə, ali təhsil müəssisələrinin müvafiq ixtisaslarında təhsil alan IV kurs SABAH tələbələri 2016/2017-ci tədris ilindən Vergilər Nazirliyində, eləcə də onun struktur müəssisələrində istehsalat təcrübəsinə cəlb olunmuşlar. İki nazirlik arasında imzalanmış memorandum gənc nəsildə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində daha genişmiqyaslı işlərin görülməsinə zəmin yaradacaq.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər