Samirə Musayeva: “Sahibkarlar bəzən hər -hansı texniki səhv ucbatından sanksiyalara məruz qalır”

Samirə Musayeva: “Sahibkarlar bəzən hər -hansı texniki səhv ucbatından sanksiyalara məruz qalır”

"dövlət orqanları arasında inteqrasiya gücləndirilməklə bir sahibkarın bir neçə dövlət qurumundan eyni sənədlərin verilmə zərurəti aradan qaldırılacaq"

“Sahibkarlar bəzən hər -hansı texniki səhv ucbatından sanksiyalara məruz qalır”. “Report” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib. S.Musayeva qeyd edib ki, dövlət orqanları arasında inteqrasiya gücləndirilməklə bir sahibkarın bir neçə dövlət qurumundan eyni sənədlərin verilmə zərurəti aradan qaldırılacaq:
“Vergi orqanı əldə etdiyi məlumatlardan istifadə etməklə vergi ödəyicisini vaxtında xəbərdar etmək, məlumatlandırmaq, avtomatik xəbərdarlıq bildirişləri formalaşdırmaqla riskləri aradan qaldırmaq üçün inzibatçılıq tədbirləri görür. Təbii ki, çağırışların həll olunması, yaxud daha da təkmilləşmənin aparılması üçün hələ də inzibatçılıq təkmilləşdirilmələri ilə bağlı tədbirlər həyata keçirilə bilər.

Dövlət orqanları arasında inteqrasiyanın gücləndirlməsinə gəlincə, bu gün vergi orqanları həm kommersiya bankaları, həm statistika komitəsi və çoxsaylı digər dövlət qurumları ilə çevik məlumat mübadiləsi var. Sahibkarlar bir muzdlu işdən əldə edilən gəlirlərə görə, bütün ödənişləri vahid hesabatda birləşdirib vergi ödəyicilərinə verilməsi həmin çağırışların həmin hissədə aradan qaldırılmasına xidmət edib. Amma burada da inzibatçılığın təklmilləşdirilməsinə imkan var”.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
5) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz

7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın