Çərşənbə axşamı, 18 Yanvar 2022 07:43

Ödəniş tapşırığında hansı halda “Malların təhvil-qəbul aktı” sənədini qeyd etməsinə görə maliyyə sanksiyası tətbiq edilməyəcək?

Satışında start verilən “Vergi Qanunvericiliyi Toplusu 2022” kitabında seçmə

Vergi Məcəlləsinin  57-ci maddəsi üzrə yeni maliyyə sanksiyası ödəmə tapşırığında lazımi məlumatların qeyd edilməməsinə görədir. Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən,  Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 5. Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malları “Malların təhvil-qəbul aktı” ilə 10 mart 2022-ci ildə qəbul edib. Vergi ödəyicisi 11 mart 2022-ci il tarixdə mallar üzrə ödəniş edərkən, “Malların təhvil-qəbul aktı”nın tarixini və nömrəsini qeyd edə bilər. Çünki Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə əsasən, əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim edilməlidir.

Misal 6.  Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malları “Malların təhvil-qəbul aktı” ilə 4 mart 2022-ci ildə qəbul edib. Qarşı tərəf malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddət keçsə də, elektron qaimə-fakturanı təqdim etməyib. Malları qəbul edən vergi ödəyicisi 15 mart 2021-ci il tarixdə “Malların təhvil-qəbul aktı”nın rekviziləri ilə ödənişi həyata keçriib. Əvvəlcədən sifariş edilməyən mallar üzrə 5 gün ərzində elektron qaimə-fakturanın göndərilməsi məsuliyyəti malları təqdim edən şəxsin üzərində olsa da, həmin müddətdən sonra ödənişi “Malların təhvil-qəbul aktı” ilə həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.7-ci maddəsinə əsasən, 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
2) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
3) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

10 yanvar 2022-ci il tarixdən satışda olacaq Nəşrlərimiz

4) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat
5) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat
6) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 40(35) manat
7) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın