Xidmət və işin fərqli özəllikləri nədir?

Xidmət və işin fərqli özəllikləri nədir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

13.2.11. Xidmət (iş)

Fikrimizcə, mallar və onların təqdim edilməsi barədə kifayət qədər məlumat verdik. İndi isə xidmət haqqında açıqlamalar verək.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, xidmət dedikdə, malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət başa düşülür.

Maddədən göründüyü kimi, “xidmət” anlayışı üçün konkret açıqlama yoxdur. Maddədə qeyd edilir ki, malların təqdim edilməsi sayılmayan fəaliyyətlər xidmət hesab olunur. Təbii ki, bu fəaliyyətin nəticəsi maddi ifadə kəsb etməlidir.

Mİsal . Vergi ödəyicisi xidmət müqaviləsinə əsasən konsaltinq xidməti göstərir. Müqaviləyə əsasən, vergi ödəyicisi qarşı tərəfin vergi və sosial hesabatlarının müvafiq dövlət qurumlarına təqdim edilməsini həyata keçirəcək. Göründüyü kimi, əməliyyat zamanı hər hansı malın təqdim olunması həyata keçirilmir, sadəcə fiziki forma olmayan xidmət təqdim edilir.

Təcrübədə ən çox müzakirə olunan məsələrdən biri də, hansı hallarda fəaliyyətin iş, yoxsa xidmət adlandırılmasıdır. Fikrimizcə, iş dedikdə prosesin sonunda maddiyyət mövcud olmalıdır. Məsələn, hər hansı rəngləmə, suvaq və sair. İş təqdim edilərkən, göstərilən fəaliyyət gözlə görünməlidir.

Xidmət göstərildikdə isə, işdən fərqli olaraq, fəaliyyət nəticəsində maddiyyət yaranmır. Misal üçün, ictimai-iaşə və ya konsaltinq xidmətini misal göstərtmək olar. Qarşı tərəf mühasibatlıq xidməti göstərməsinə baxmayaraq, onun təqdim etdiyi fəaliyyəti gözlə görməklə qiymətləndirmək mümkün deyil.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər