Vergi borcu üzrə faiz hesablanmasında müddət necə nəzərə alınır?

Vergi borcu üzrə faiz hesablanmasında müddət necə nəzərə alınır?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissəsinin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz  vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Maddədən göründüyü kimi vergi orqanı tərəfindən vergi borclarına hesablanan faizlərə 1 il maksimum müddət müəyyən edilib. Bir məsələni qeyd edək ki, faizin hesablanması zamanı təqvim ili deyil, ardıcıl 12 ay əsas götürülür.

Mİsal.  Vergi ödəyicisinin 2020-ci ilin 3-cü rübü üzrə təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsi üzrə 1200 manat vergi borcu yaranıb. Vergi ödəyicisi həmin məbləği oktyabr ayının 20-dən gec olmayaraq ödəmədiyi halda, həmin vergi borcuna 21 oktyabr 2020-ci il tarixdən bir il müddətinə faiz hesablanması davam edir. Bu halda vergi orqanı 22 oktyabr 2021-ci il tarixdə faiz hesablanmasını həyata keçirməyəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər