Çərşənbə, 10 Noyabr 2021 05:38

YENİ TƏLƏB: Banklar yalnız ƏDV ödəyicilərinin, yoxsa bütün vergi ödəyicilərinin məlumatlarını vergi orqanına təqdim edəcək? (36-cı yazı)

Hər zaman olduğu kimi, Mks.az saytı vergi qanunvericiliyinə təklif edilən dəyişikliklərin izahını təqdim edir:

1 yanvar 2022-ci ildən Vergi Məcəlləsində tətbiq edilməsi gözlənilən bəzi dəyişikliklər artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Mks.az saytı olaraq həmin dəyişikliklər haqqında həmkarlarımıza ətraflı məlumat veririk.

Vergi Məcəlləsinin 166-ci maddəsinin tələblərinin “kassa” metoduna keçirilməsi ilə bağlı olaraq, banklar ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları vergi orqanına təqdim edirdilər.

Vergi Məcəlləsində təklif edilən dəyişikliyə əsasən, bankların artıq bütün vergi ödəyiciləri haqqında məlumatları vergi orqanına təqdim etməsi nəzərdə tutulur. Belə ki, təklifə əsasən Vergi Məcəlləsinin 76.1-1-ci maddəsində “ƏDV qeydiyyatında olan” sözünün çıxarılması planlaşdırılır.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyi diqqətinizə çatdırırıq:

76.1-1. Bu Məcəllənin 76.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisinin vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar bank əməliyyatları aparan şəxslər tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.

 

Mks.az saytının növbəti ödənişli tematik Təlimi: "Vergi Məcəlləsinə təklif edilən 84 BƏND üzrə dəyişikliklərin izahı və vergi ödəyicilərinə təsirlərinin qiymətləndirilməsi" 

Tarix: 13 noyabr 2021-ci il, saat 10:00

Təlimin keçirilmə yeri: Caspian Plaza

Təlimlə bağlı əlavə məlumat üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın