Vergi ödəyicisi şikayət etdikdə, faizlərin hesablanması həyata keçirilmir?

Vergi ödəyicisi şikayət etdikdə, faizlərin hesablanması həyata keçirilmir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

Mİsal.  Vergi orqanı tərəfindən vergi ödəyicisinə kameral vergi yoxlamasının nəticəsi olaraq 500 manat vergi hesablanıb. Vergi orqanı tərəfindən vergi ödəyicisinin cari bank hesabına 525 manat (500 manat x 105 faiz) dondurulma sərəncamı göndərilir. Vergi ödəyicisi bildirişi aldıqdan sonra 30 təqvim günü ərzində vergi orqanına və ya məhkəməyə şikayət edib. Şikayətin nəticəsi kimi vergi orqanın və ya məhkəmənin qərarı olduğu zaman vergi ödəyicisinin bank hesabına vergi borcu ilə yanaşı, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq ödənilməyən faizlərlə birlikdə icra sərəncamı göndərilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər