Bazar ertəsi, 18 Oktyabr 2021 11:10

Vergi ödəyicisi şikayət etdikdə, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırılır?

Satışı davam edən “Vergi Məcələsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, bu Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında müəyyən edilən hallar istisna olunmaqla, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır. Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandırır. Qərarın (aktın) və ya hərəkətin icrası tam və ya qismən dayandırmaq barədə qərarı həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı qəbul edir.

Maddədən göründüyü kimi, şikayətin verilməsi vergi ödəyicisinin həmin şikayət üzrə yaranan vergi öhdəliyinin (maliyyə sanksiyası istisna olmaqla) yerinə yetirilməməsi üçün əsas sayılmır. “İnzibati icraat haqqında” AR Qanununun 76.2-ci maddəsinə əsasən vergi ödəyicisinin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət olunan inzibati aktın icrasının dayandırılması məsələsinə baxılır.

Mİsal.  Vergi orqanı 28 oktyabr 2020-ci il tarixdə kameral vergi yoxlaması zamanı əlavə vergi hesablanmasını həyata keçirib. Vergi ödəyicisi 10 noyabr 2020-ci il tarixdə vergi yoxlaması ilə bağlı yuxarı vergi orqanına şikayət edib. 20 noyabr 2020-ci il tarixə vergi ödəyicisi ona hesablanan əlavə vergi məbləği ilə razılaşır və şikayətin dayandırılması üçün müraciət edir. Vergi orqanı həmin müraciətə əsasən, inzibati aktın icrasının dayandırılması haqqında qərar çıxara bilər.

Yuxarı vergi orqanı “İnzibati icraat haqqında” Qanunun 80.1-ci maddəsinə əsasən, inzibati şikayətə baxdıqdan sonra vergi orqanı aşağıdakı qərardan birini verməlidir:

-  inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır;

- inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir;

 -  inzibati aktı dəyişdirir;

- inzibati şikayət inzibatı aktla bağlı olmadıqda, yəni  vergi orqanından  hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir.

Qərarlardan göründüyü kimi vergi orqanı şikayətin araşdırılması nəticəsində yeni inzibatı akt qəbul edə bilər və ya onu dəyişdirə bilər. Təcrübədə mümkündür ki, vergi orqanı vergi ödəyicisinə hesablanan əlavə vergi, faiz və ya maliyyə sanksiyasını tam və ya qısmən ləğv etsin.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın