Səhifəni çap et
Çərşənbə axşamı, 12 Oktyabr 2021 08:27

Vergi ödəyicisi fəaliyyətinin müvəqqəti dayandırdıqda hesabatlılıq necə tənzimlənir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 16.3-cü maddəsində qeyd edilir ki,  vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

İndi isə, misallar üzrə maddəni izah edək.

Mİsal 1. Vergi ödəyicisi 10 sentyabr 2020-ci ildən fəaliyyətini müvəqqəti olaraq 5 illik dayandırsa da, 2020-ci ilin oktyabr ayında məlum olur ki, o, qarşı tərəfə malları təqdim edib. Bu halda vergi orqanı vergi ödəyicisinə bildiriş göndərməklə hesabatların təqdim olunmasını tələb edəcək.

Mİsal 2. Vergi ödəyicisi fəaliyyətini dayandırması haqqında verqi orqanına ərizə göndərib, amma vergi orqanı müəyyən edib ki, həmin şəxs malların təqdim edilməsini həyata keçirir. Bu halda da vergi orqanı vergi ödəyicisindən hesabatların təqdim olunmasını tələb edəcək.

Mİsal 3. Vergi ödəyici fəaliyyətini müvəqqəti dayandırsa da, bank hesabına vəsait daxil olub. Vergi Məcəlləsinin 16.2-ci maddəsində qeyd olunub ki, vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda debitor borcları haqqında məlumat verməlidir. Əgər  daxil olan vəsatlərin məbləği debitor borclardan azdırsa, o zaman vergi ödəyicisinə fəaliyyətinin bərpası ilə bağlı bildiriş göndərilməyəcək. Sadəcə, vergi ödəyicisinin daxil olan debitor borcları bəyan etmək öhdəliyi yaranarsa, o zaman vergi ödəyicisi müvafiq bəyannaməni təqdim edəcək.

Mİsal 4. Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqdan sonra bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat üçün müraciət edir. Vergi ödəyicisi tərəfindən bank hesabının açılması prosesi onun fəaliyyətinin bərpası anlama gəlmir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.