Hüquqi şəxsin yenidən təşkilinin 5 halının misalla izahı

Hüquqi şəxsin yenidən təşkilinin 5 halının misalla izahı

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

 Vergi Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) bu maddədə müəyyən edilmiş qaydada yerinə yetirir.

İlk növbədə, diqqət yetirək ki, hüquqi şəxsin yenidən təşkil edilməsi dedikdə, nə nəzərdə tutulur.  Huquqi şəxsin yenidən təşkili dedikdə, onun birləşməsi, qoşulması, bölünməsi, ayrılması və ya çevrilməsi başa düşülür.

Mülki Məcəllənin 55-ci  maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Məcəllədə o da qeyd edilir ki, qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 

Hüquqi şəxsləri yenidən təşkil edərkən diqqət yetirməli əsas məqam onun hüquqi varisliyi məsələsidir. Mülki Məcəllənin 56-ci maddəsinə əsasən, hüquqi şəxsin varisliyinin müyyən edilməsnin 5 halı mövcuddur.

Birinci hal. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

Mİsal. “A” və “B” adlı hüquqi şəxslər qərar verirlər ki, birləşərək “C” hüquqi şəxsini yaratsınlar. Bu zaman “A” və “B”-nin hüquqi varisliyi “C” şirkətinə keçir.

İkinci hal. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Mİsal. “A” adlı hüquqi şəxs qərar verir ki, “B” adlı hüquqi şəxsə qoşulsun. Bu zaman “A” hüquqi şəxsin varisliyi “B” şirkətinə keçir.

Üçüncü hal.  Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.

Mİsal.  “A” adlı hüquqi şəxs qərar verir ki, “B” və “C” hüquqi şəxslərinə bölünsün. Bu zaman bölünmə balansına uyğun olaraq hüquqi varislik yeni yaradılan hüquqi şəxslərə keçir.

Dördüncü hal. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir.

Mİsal. “A” adlı hüquqi şəxs qərar verir ki, özü qalmaq şərti ilə, “B” və “C” hüquqi şəxslərinə bölünsün. Bu zaman bölünmə balansına uyğun olaraq hüquqi varislik “A” adlı hüquqi şəxsdə qalmaqla yeni yaradılan hüquqi şəxslərə keçir.

Beşinci hal. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

Mİsal. Vergi ödəyicisi olan hüquqi şəxs məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçib, sonradan qərar verir ki, acıq səhmdar cəmiyyəti olsun. Bu zaman hüquqi varislik yeni yaradılan açıq səhmdar cəmiyyətə keçir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər