Vergi ödəyicisi əmtəəsiz əməliyyatlar həyata keçirdikdə riskli vergi ödəyicisi hesab edilir?

Vergi ödəyicisi əmtəəsiz əməliyyatlar həyata keçirdikdə riskli vergi ödəyicisi hesab edilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Meyarların üçüncü hissəsinin “c” bəndinə əsasən, aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilə bilər.

Bənddən göründüyü kimi, burada əsas şərt vergi nəzarəti tədbirləri (kameral, operativ vergi nəzarəti və səyyar) çərçivəsində əmtəəsiz əməliyyatların aşkarlanmasıdır.

Mİsal1. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisi işıq dirəklərinin alınması ilə bağlı 120 000 manatlıq müqavilə imzalasa da, həmin dirəklərin təqdim olunması həyata keçirilməyib.  Bu halda əmtəəsiz mal təqdim edilməsini həyata keçirən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab oluna bilər.

Bəzi vergi ödəyiciləri riskli vergi ödəyicisi anlayışının yalnız mallara tətbiq olunduğu fikrindədirlər. Ancaq bu, belə deyil. Əmtəəsiz əməliyyatlar anlayışının daxilində xidmətlər də nəzərdə tutulduğundan riskli vergi ödəyicisi xidmət sektoruna da şamil olunur.

Mİsal 2. Vergi ödəyicisi 20.000 manatlıq montaj işinin görülməsi ilə bağlı qarşı tərəflə müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisinin montaj işi ilə bağlı hər hansı fəaliyyəti olmayıb və bu əməliyyat sadəcə sənədləşmə üçün həyata keçirilib.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər