Çərşənbə, 22 Sentyabr 2021 09:58

Vergi ödəyicisinin obyekti üzrə hansı maliyyə sanksiyaları tətbiq edilir? (MİSALLARLA İZAH)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Mİsal 5. Vergi ödəyicisi olan hüquqi şəxsin filialı və ya təsərrüfat obyekti uçota alınmayıb. Vergi nəzarəti tədbirləri zamanı bu hal aşkarlanarsa, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 6. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, vergi ödəyicisinin Bakı şəhərinin müxtəlif ünvanlarında yerləşən iki obyekti uçota alınmayıb. Bu halda artıq vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə uyğun olaraq 80 manat (40 manat x 2) məbləğində maliyyə sanksiyası hesablanacaq.

Mİsal 7. Vergi ödəyicisi olan fiziki şəxsin yaşadığı ünvan dəyişsə də, bu haqda  vergi orqanına 40 gün müddətində məlumat verməyib. Bu halda vergi orqanı vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

Mİsal 8. Vergi ödəyicisi Yasamal rayonunda yerləşən obyektini Xətai rayonu ərazisinə köçürüb. Yeni ünvanın yenidən uçota alınması üçün müraciət etmədiyinə görə vergi ödəyicisinə verrgi orqanı 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın