Səhifəni çap et
Bazar ertəsi, 20 Sentyabr 2021 05:03

Vergi ödəyicisinin kassadan götürdüyü vəsaiti digər vergi ödəyicisinin hesabına qoyması nağdsız ödəniş hesab edilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinir ki, bir vergi ödəyicisi kassadan götürdüyü vəsaiti nağd formada ödəniş terminalı və ya bank vasitəsilə digər vergi ödəyicisinin bank hesabına nağd şəkildə həyata keçirirlər.

“Nağdsız hesablaşmalar haqqında”  Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar da yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən, ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, komputer və digər avadanlıq)) ilə həyata keçirilən hesablaşmalar hesab edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli, 365 nömrəli qərarı ilə “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” qaydasına əsasən, vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi və bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği aylıq məxaric əməliyyatlarına aid edilmir.

Bu məntiqdən çıxış etsək, vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi və bank hesabına pul vəsaitinin mədaxil olunması istisna olmaqla digər vergi ödəyicilərinə ödəniş terminalı vasitəsilə və ya vergi ödəyicisinin bank hesabına vəsaitin nağd qoyulması hesabına olan ödənişlər aylıq limitə daxil edilir və nağdsız ödəniş kimi qəbul olunmur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.