Gəlirlərin və xərclərin uçotu aparılmadıqda maliyyə sanksiyası necə tətbiq edilir?

Gəlirlərin və xərclərin uçotu aparılmadıqda maliyyə sanksiyası necə tətbiq edilir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

- bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında (Maddə 58.8.3.)

1 yanvar 2019-cu ildən Vergi Məcəlləsinə əlavə edilən maddənin əsas məqsədi vergi ödəyicisinin sənədi olmayan və satışı həyata keçirilən mallarına (iş xidmətlərinə) görə maliyyə sanksiyasının tətbiq edilməsidir.

Mİisal 1. Vergi orqanının keçirdiyi yoxlama zamanı məlum olur ki, vergi ödəyicisi 2019-cu ildə 30 000 manat mal təqdim edib. Amma 2019-cu ilin  əvvəlində malların qalıq dəyəri 8 000 manat, dövr ərzində 4000 manat və dövrün sonuna qalıq 1200 manat olub. Uçot məlumatlarından göründüyü kimi, satışı həyata keçirilən 19200 manatlıq (30 000 manat – (8000 manat + 4000 manat – 1200 manat)) malın sənədi yoxdur.

Vergi orqanı 19200 manatlıq mala görə vergi ödəyicisinə 1920 manat (19200 manat x 10 faiz) maliyyə sanksiyası tətbiq edəcək.

Mİsal 2. Vergi ödəyicisi mebel istehsalı ilə məşğul olur. Məlum olur ki, vergi ödəyici dövr ərzində 40 000 manatlıq mebel satışını həyata keçirsə də, istehsalda istifadə edilən taxta materiallarının uçotunu həyata keçirməyib. Vergi orqanı mədaxili rəsmiləşdirilməyən taxta materiallarının alış qiymətinə, alış qiymətini müəyyənləşdirmək mümkün olmadıqda topdansatış qiymətinə uyğun hesablama həyata keçirəcək və 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edəcək.

Mİsal 3.  Vergi ödəyicisi meyvə şirəsinin istehsalı ilə məşğul olur. Vergi orqanı keçirdiyi səyyar vergi yoxlaması zamanı müəyyən edir ki, 2020-ci il tarixdə fəalyyətə başlayan vergi ödəyicisi 1000 ədəd 1 litrlik butılka və etiket alıb, 1000 litr meyvə şirəsi istehsal edib, ancaq cəmi 200 ədəd 1 litrlik butılkada meyvə şirəsi təqdim etdiyini rəsmiləşdirib.

Yoxlama dövründə vergi ödəyicisində 350 ədəd butılka və etiket qalmasını nəzərə alan vergi orqanı gəlirin uçotunun aparılmamasına görə vergi ödəyicisinə uçotu aparılmayan gəlirin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edəcək.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın