Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Gəlir vergisinin hesablanmasına gəlincə, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Mİsal.  Xəz-dəri məhsullarının satışı ilə məşğul olan fərdi sahibkarın 2019-cu il üzrə gəliri 90 000 manat olub. Fərdi sahibkarın gəlirdən çıxılmasına icazə verilən xərclərinin məbləği isə 40 000 manat təşkil edib. Bu zaman fərdi sahibkarın ödəyəcəyi gəlir vergisi 10 000 manat ((90 000 manat - 40 000 manat) x 20 faiz) olacaq.

Fərdi sahibkarların gəlir vergisinin hesablanmasında bir məsələyə xususi diqqət yetirməyinizi xahiş edirik. Unutmayın ki, 20 faiz dərəcəsi ilə gəlir vergisi sırf sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə şamil olunur.

Mİsal 2. Fərdi sahibkar Qasımov Ələkbər Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərir. Onun 2019-cu il üzrə vəkillik fəaliyyətinə görə gəliri 30 000 manatdır. Bu halda artıq Qasımov Ələkbər 6 000 manat (30 000 manat x 20 faiz) yox, 4 200 manat (30 000 manat x 14 faiz) vergi ödəyəcək.

Bir məsələni qeyd edək ki, qeyri -sahibkarlıq fəaliyyətində gəlirdən çıxılan xərclərə yanaşma fərqlidir. Vergi ödəyicisinin vəkillik və sahibkarlıq fəaliyyətlərində istifadə edilməyən aktivlərin təqdim edilməsi zamanı gəlirdən əldə olunması ilə xərclər nəzərə alınır. Amma əmlakın icarəyə verilməsi və royaltidən əldə edilən gəlirlər zamanı gəlir xərclər nəzərə alınmadan vergiyə cəlb edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər