Çərşənbə axşamı, 17 Avqust 2021 12:45

Fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi hansı vergiləri mütləq ödəməlidir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hisssənin izahı” kitabından seçmə

Fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi bu dövrdə müəyyən vergiləri hesablamalıdır. Vergi Məcəlləsinin  16.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 16.2-ci və 16.3-cü maddələrinə müvafiq olaraq arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları bu Məcəllə ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir.

Mİsal. Vergi ödəyicisi qərar verir ki, 1 yanvar 2021-ci il tarixdən etibarən fəaliyyətini 3 illik dayandırsın. Vergi Məcəlləsinin 16.4-cü maddəsinin tələblərinə uyğun olaraq, vergi ödəyicisi əmlak və (və ya) torpağa malik olarsa, fəaliyyətini dayandırdığı dövrdə müvafiq vergi bəyannamələrini təqdim etməlidir. Bu məsələdə həm vergi ödəyicilərini, həm də vergi orqanlarını haqlı çıxaran məqamlar var. Vergi ödəyiciləri hesab edirlərlər ki, əgər vergi ödəyicisi 3 il ərzində əsas vəsaitdən istifadə etməyəcəksə, istifadə etmədiyi əmlaka görə niyə vergi ödəməlidir? Bundan əlavə, əmlak vergisi bəyannaməsini hazırlamaq və ödənişləri həyata keçirmək üçün işçi və vəsait tələb olunur.  Məsələ ilə bağlı əks arqument ondan ibarətdir ki, əmlak və torpaq vergisi vergi ödəyicsinin mülkiyyətində olduğuna görə hesablandığından, həmin şəxsin fəaliyyətini müvəqqəti dayandırdılması vergi öhdəliyinin yaranmamasına əsas hesab edilə bilməz.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın