Səhifəni çap et
Bazar ertəsi, 16 Avqust 2021 10:10

Təhtəlhesab şəxslərə verilən pul vəsaitinin maksimum məbləği necə müəyyənləşdirilir?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” kitabından seçmə

Qaydaya əsasən, təqvim ayı ərzində təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən hədlərlə məhdudlaşdırılır (həmin Qanunun 3.5-ci maddəsində göstərilən malların alışı, habelə vergilərin, gömrük rüsumlarının, yığımların ödənilməsi və bank hesabına pul vəsaitinin mədaxil olunması üçün təhtəlhesab şəxslərə verilən pul vəsaitlərinin ümumi məbləği istisna olmaqla).

Mİsal 1. ƏDV ödəyicisində təqvim ayı ərzində təhtəlhesab şəxslərə ödənilən və xərclənən vəsaitlərin ümumi məbləği 40 00 manatdır. “Nağdsız hesablaşmalar” haqqında AR Qanunun 3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri üçün təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan yuxarı hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu səbəbdən də, vergi ödəyicisi uçot qaydalarını pozmuş hesab edilir.

Mİsal 2. Sadələşdirilmiş vergi ödəyicisinin təhtəlhesab şəxslər vasitəsilə kassadan aylıq məxaric əməliyyatları 18 000 manat olub. “Nağdsız hesablaşmalar” haqqında AR Qanunun tələblərinə uyğun olaraq, sadələşdirilmiş vergi ödəyicisi  üçün aylıq limit 15 000 manat hesab edildiyindən, əlavə 3000 manat (18 000 manat -15 000 manat) məbləğində vəsaiti məxaric etdiyi üçün uçot qaydalarını pozmuş hesab olunur.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.