Səhifəni çap et
Cümə, 16 İyul 2021 09:24

Vergi orqanı hansı hallarda əlaqəli məlumatlardan istifadə edir? ( 3 MİSALLA İZAH)

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ var.

Hesablamalara keçməzdən öncə vergi orqanının hansı hallarda əlaqəli məlumatlardan istifadə etməsi hallarını araşdıraq.

Birinci hal: vergi ödəyicisi tərəfindən sənədlərin təqdim edilməməsi. Bu hala hər üç növ vergi yoxlaması zamanı rast gəlmək mümkündür.

Mİsal 1. Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının)” məlumatları əsasında hesabat dövrü üzrə əmək haqqıdan gəlir vergisinin az hesablanmasını müəyyən edib. Vergi orqanının vergi ödəyicisindən sənədlər tələb etməsinə baxmayaraq, vergi ödəyicisi heç bir sənəd təqdim etməyib. Bu halda vergi orqanı vergini əlaqəli məlumatlar əsasında hesablaya bilər.

Mİsal 2.  Vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbirləri zamanı obyektdə əmək müqaviləsi olmayan və ya real göstəricidən az məbləğdə əmək haqqı alan şəxslər müəyyən edilib. Vergi orqanı həmin şəxslərin əmək haqları barədə məlumat-əsaslandırma istəsə də, vergi ödəyicisi məlumatları təqdim etməyib. Bu halda da verginin hesablanması üçün əlaqəli məlumatlardan istifadə edilə bilər.

Mİsal 3.  Vergi orqanı səyyar vergi yoxlaması zamanı mədaxil sənədi olmayan mallar aşkar etsə də, vergi odəyicisi həmin mallarla bağlı hər hansı sənəd təqdim etməyib. Bu halda vergi orqanı əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablaya bilər.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.