Cümə, 16 İyul 2021 05:19

Elektron qaimə-fakturanın hansı növləri var?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

1 yanvar 2020-ci ildən tətbiq edilən edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı aşağıdakı çeşiddə elektron qaimə-fakturanın təqdim edilməsi nəzərdə tutulur:

- Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;

- Malların qaytarılması barədə;

- Malların qaytarılması istisna olmaqla, bu Məcəllənin 163-cü maddəsinə əsasən;

- Malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;

- Agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;

- Agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə;

-  Malların emala verilməsi barədə;

- Emal prosesi keçmiş malların qaytarılması barədə;

- Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən.

Siyahıdan göründüyü ki,  1 yanvar 2020-ci il tarixdən etibarən vergi ödəyiciləri tərəfindən qarşı tərəf olan vergi ödəyicilərinə təqdim edilən mallar (iş, xidmətlər) üzrə elektron qaimə-fakturanın 9 növü var. Amma elektron qaimə-fakturanın onlayn qaydada göndərilməsi ilə bağlı proqram təminatına diqqət yetirsək, orada 8 növdə elektron qaimənin təqdim edilməsinin nəzərdə tutulduğunu görərik.

Şəkildən göründüyü kimi,  agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə ayrıca elektron qaimə faktura hazırlanması nəzərdə tutulmayıb. Çünki qeyd olunan əməliyyatı aparmaq üçün “Malların geri qaytarılması” adlı elektron qaimədə təklif olunan uyğun qaimə növünü seçmək yetərlidir.

Soldakı şəkildən göründüyü kimi, “Malların geri qaytarılması” elektron qaimə-fakturada 3 seçim mövcuddur:

- “Malların təqdim edilməsi qaiməsinin qaytarılması”;

- “Alıcının malları agentə/komisyonçuya qaytarılması”;

- Agent/Komisyonçu tərəfindən malların komitetə qaytarılması”.

Göründüyü kimi,  qaytarılma hallarında tətbiq olunan hər üç qaimə növü “Malların geri qaytarılması bölməsində” toplanıb.

Təbii ki malların emaldan qaytarılması baş verdikdə, bu zaman “Malların emaldan qaytarılması qaiməsi”ndən istifadə etmək lazım gələcək.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın