Vergi yoxlaması zamanı hansı dövrün bəyannamələrin yoxlanılmasına icazə verilmir?

Vergi yoxlaması zamanı hansı dövrün bəyannamələrin yoxlanılmasına icazə verilmir?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Mümkündür ki, vergi orqanı vergi ödəyicisinin əvvəllər yoxlanılmış dövrünü yenidən yoxlasın. Vergi orqanı bu hüquqa malikdir. Vergi Məcəlləsinin 36.4-cü maddəsinə əsasən,  bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır.

Mİsal 1. Vergi orqanı 2020-ci ilin iyun ayında keçirdiyi yoxlamada vergi ödəyicisinin 2017, 2018 və 2019-cu illərinin Mənfəət və ƏDV bəyannamələri ilə yanaşı, 2020-ci ilin ilk 5 ayı (yanvar-may 2020) üzrə ƏDV bəyannaməsini də yoxlayıb. 2021-ci ildə həyata keçirilən növbəti səyyar vergi yoxlaması zamanı artıq vergi orqanı öncəki dövrdə vergi yoxlamasını əhatə edən dövrləri yoxlaya bilməz. Vergi orqanının 2020-ci il üzrə Mənfəət bəyanaməsini yoxlamaq səlahiyyəti olsa da, ƏDV bəyannaməsinin 7 aylıq (iyun–dekabr 2020) göstəricilərini yoxlamalıdır.

Mİsal 2. Vergi orqanı 2020-ci ilin may ayında keçirilən vergi yoxlaması zamanı 2017, 2018 və 2019-ci illər üzrə Gəlir vergisi bəyannamələrini yoxlayıb. Vergi orqanı həmin dövrü yenidən yoxlamaq üçün növbədənkənar səyyar vergi yoxlaması həyata keçirməlidir. Vergi Məcəlləsinin 36.4-cü maddəsində qeyd edilən 38.3-cü maddə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlamasının həyata keçirilməsi hallarını tənzimləyir.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər