Cümə axşamı, 08 İyul 2021 05:16

Hansı meyarlara əsasən vergi ödəyicinin ödədiyi dividenddən vergi tutulmur?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

- Bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər  (Maddə 218-1.1.4).

Bu, sahibkarlara münasibətdə gəlir və xərclərinin uçotunun aparılması istiqamətində stimullaşdırıcı addımlardan hesab oluna bilər. Vergi Məcəlləsi ilə müəyyən olunan qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Burda diqqət yetirilməli məqam odur ki, bu güzəşt Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və xərclərinin uçotunu aparan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirlərinə tətbiq olunur.

Mİsal. “A” müəssisəsi xərclərinin uçotunu aparmır, ancaq yekunda dividend gəlirlərinin vergidən azad olunması hüququndan istifadə edir. Vergi nəzarəti tədbirləri zamanı xərclərin uçotunun aparılmadığı müəyyən olunur. Bu halda azadolma qüvvədən düşmüş hesab ediləcək, dividend kimi ödənilən məbləğə ödəmə mənbəyində 10 faiz vergi tətbiq olunmaqla yanaşı, vergidən yayınma və xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyaları da tətbiq olunacaq.

Vergi Məcəlləsində edilən dəyişikliklər yolu ilə gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı tələblər sərtləşdirildiyindən və bu istiqamətdə maliyyə sanksiyaları nəzərdə tutulduğundan gəlirin və xərcin uçotu qaydası ilə bağlı bəzi vacib məsələləri qeyd etmək istəyirik. Vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinə və mənsub olduqları fəaliyyət növünü nəzərə almaqla Azərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 19 aprel 2017-ci il tarixli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyun 2017-ci il tarixli fərmanlarına uyğun olaraq aparmalıdırlar.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın