Cümə, 02 İyul 2021 08:38

Vergi ödəyicisinin vergi borcunu ödəməsinə baxmayaraq, bank hesabına sərəncam daxil olması…

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 65.8-cü maddəsinin ikinci abzasına əsasən, vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Maddədən göründüyü kimi, əgər vergi ödəyicisi kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödənişin edilməsini təsdiqləyən sənəd təqdim edə bilirsə, o halda bank həmin hesabdakı vəsaiti dondurmaqla sərancamın icrasını dayandırır.

Mİsal.  Vergi orqanı vergi ödəyicisinə 400 manatlıq vəsaitin ödənilməsi ilə bağlı sərəncam göndərib. Amma vergi ödəyicisi digər bank hesabı (və ya şəxsi kart hesabı və ya ödəniş terminalı) vasitəsilə vergi borcu üzrə ödənişləri həyata keçirib. Bu halda artıq vergi ödəyicisi ödənişi təsdiq edən sənədi sərəncam gələn banka təqdim etməlidir ki, bank sərəncamı icra etməsin, vəsaiti hesabda dondursun. Vergi ödəyicisinin ödənişi şəxsi vərəqəyə işlənildikdə, vergi orqanı tərəfindən banka avtomatik olaraq sərəncamın geri cağrılması barədə məlumat gedir. Bank da həmin məlumat əsasında məbləğin dondurulmasını ləğv edir.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın