Cümə, 02 İyul 2021 05:36

ƏDV hansı hallarda dövriyyəyə tətbiq olunmur?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan vergi məbləğidir.

Mİsal. “Əla” supermarketi  200 manata aldığı kənd təsərrüfatı məhsulunun üzərinə 50 manat əlavə edərək, onu 250 manata satıb. ƏDV ödəyicisi 250 manatdan 18 faiz hesablamalı olduğu  halda, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsinə tətbiq olunduğundan vergi 50 manata (250 manat - 200 manat) tətbiq ediləcək.

Bu maddə ilə bağlı bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, həmin kənd təsərrüfatı məhsulu mütləq ölkəmizdə istehsal olunmalıdır. Əgər “Əla” supermarketi Türkiyədən alınan narınginin satışını həyata keçirirsə, bu zaman ƏDV ticarət əlavəsinə deyil, satış qiymətinə tətbiq olunmalıdır. Fikrimizcə, uçotun ayrıca aparılması tələbi səbəbindən əksər vergi ödəyiciləri Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanmasını həyata keçirmirlər. Çünki, Vergi Məcəlləsinin 174.3-cü maddəsinə əsasən, belə uçot aparılmadıqda, Vergi  Məcəlləsinin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq ölkəmizdə istehsal olunan malların pərakəndə satışı zamanı da ƏDV ümumi dövriyyədən hesablanır.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Zulfu Cümə axşamı, 14 Oktyabr 2021 16:15 tərəfindən təqdim olunub Zulfu

    Salam men 310 dollarliq aftomobilcun bamper ve stop almiwam onun edv si nece hesablanacaq?

Şərh yazın