Cümə, 11 İyun 2021 07:40

Vergi ödəyicisi olmayan şəxslərdən mallar aldıqda, hansı hallarda ödəmə mənbəyində vergi hesablanır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (VI nəşr) kitabından seçmə

Qeyd etdik ki, vergi ödəyicisi olmayan şəxslərə ödəniş edərkən ödəmə mənbəyində vergi hesablanır. Bəzi mallar var ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən aldıqda ödəmə mənbəyində vergi tutulur. Həmin mallar  “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilənlərdir:

- Kənd təsərrüfatı məhsulları (istehsalçılardan alınan məhsullar istisna olmaqla);

- Əlvan və qara metal qırıntılarının qəbulu;

- Utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;

- Utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;

- xam dərinin tədarükü (alışı).

Mİsal. “A” MMC şirkəti vergi uçotunda olmayan şəxsdən 20 000 manat məbləğində mallar alıb. Həmin malların 12 000 manatı kənd təsərrüfatı mallarıdır, o cümlədən 5 000 manatı birbaşa kənd təsərrüfatı məhsulları istehsalçısından alınıb. 3 500 manatı şüşə məmulatı, 400 manatı isə dəmir qablardır.

İndi isə alınan mallar üzrə vergi öhdəliyinin hesablanmasını misallarla izah edək:

Kənd təsərrüfatı istehsalçısı olmayan şəxsə 7 000 manatdan ödəmə mənbəyində 2 faiz – 140 manat (7 000 x 2 faiz) vergi tutulmalıdır.

Kənd təsərrüfatı məhsulu istehsalçısından alınan 5 000 manat məbləğində mal üzrə ödəmə mənbəyində vergi hesablanmır. Çünki Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsulu istehsalçılarının gəlirləri vergidən tam azaddır.

Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 3 500 manatlıq şüşə məmulatı üzrə ödəniş olunduqda,  ödəmə mənbəyində 70 manat (3 500 x 2 faiz) vergi tutulacaq. Çünki şüşə məlumatları da “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aiddir.

Vergi orqanlarında uçotda olmayan vətəndaşdan alınan 400 manatlıq dəmir qabların alınması zamanı ödəmə mənbəyində hər hansı verginin tutulması həyata keçirilmir. Çünki dəmir qablar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların siyahısına aid deyil.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın