Səhifəni çap et
Çərşənbə axşamı, 08 İyun 2021 06:54

Topdansatış fəaliyyəti ilə məşğul olan şəxs hansı hallarda malları pərakəndə şəkildə təqdim edə bilər? (3 HAL) (II hissə)

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

İndi isə, topdansatış fəaliyyəti məşğul olan vergi ödəyicisinin hansı hallarda malları pərakəndə şəkildə təqdim edə bilməsi hallarını nəzərdən keçirək.

Birinci hal. Vergi ödəyicisi fərqli ticarət obyektlərində topdansatış və pərakəndə ticarət fəaliyyəti üzrə malları təqdim edir. Misal üçün, vergi ödəyicisi “Dərnəgül” adlanan ərazidə topdansatış fəaliyyəti ilə məşğuldur, Nərimanov rayonunda yerləşən obyektində isə pərakəndə ticarət fəaliyyəti həyata keçirir. Təbii ki, vergi ödəyicisi Nərimanov rayonundakı obyektində malları son istehlak məqsədi ilə vətəndaşlara satdığı üçün nəzarət-kassa aparatı quraşdırımalı və NKA-nın çeki təqdim etməlidir.

İkinci hal. Vergi ödəyicisi ticarət obyektində topdansatış fəaliyyəti həyata keçirir. Mümkündür ki, vergi ödəyicisi hər hansı malı yox, aktivi pərakəndə şəkildə təqdim etsin. Misal üçün, mülkiyyətində olan nəqliyyat vasitələri parkının yeniləşdirilməsi səbəbindən köhnə nəqliyyat vasitəsinin vətəndaşa satışını həyata keçirir. Fikrimizcə, vergi ödəyicisi nəqliyyat vasitələrinin pərakəndə satışı üzrə müntəzəm fəaliyyət həyata keçirmədiyindən, onun kassa aparatı quraşdıraraq çek verməsinə ehtiyac yoxdur. Vergi ödəyicisi satış prosesini vətəndaşla müqavilə imzalayıb, ona mədaxil qəzbi verməklə rəsmiləşdirə bilər.

Üçünçü hal. Vergi ödəyici eyni obyektdə həm topdansatış, həm də pərakəndə ticarət fəaliyyəti üzrə malları təqdim edir. Vergi orqanı və vergi ödəyicisi arasında ən çox müzakirəyə səbəb olan məhz bu haldır. Vergi ödəyicisi iddia edir ki, topdansatış ticarət fəaliyyəti həyata keçirdiyi obyektdə vətəndaşa mal təqdim etməsinə qoyulan qadağa onu gəlirdən məhrum etməklə, sahibkarlıq fəaliyyətinin məhdudlaşdırımasına səbəb olur.

Vergi orqanı isə bildirir ki, Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışını qadağan edir. Çünki belə vergi ödəyicisinin pərakəndə ticarət fəaliyyəti üzrə malları təqdim etməsi vergidən yayınma riski yaradır.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.