Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri ilə bağlı daha 4 MİSAL

Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələbləri ilə bağlı daha 4 MİSAL

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Mİsal 5. Xidmət fəaliyyəti həyata keçirən vergi ödəyicisi xarici dil kursuna görə vətəndaşdan aldığı 120 manat vəsaitə özünün hazırladığı, yəni ciddi hesabat blankı olmayan mədaxil sənədi təqdim edir. Vergi orqanının vergi nəzarəti tədbirləri zamanı bu cür hallar aşkar edilərsə, vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə müvafiq olaraq maliyyə sanksiyası hesablanacaq.

Mİsal 6. Vergi orqanının nəzarət tədbirləri zamanı müəyyən olunur ki, vergi ödəyicisində obyektiv səbəblərdən (internet və ya elektrik kəsilməsi və sair) nəzarət-kassa aparatından istifadə dayandırılıb. Vergi orqanı vergi ödəyicisinin nəzarət-kassa aparatından istifadə edilmədiyi dövrdə nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd etmədiyini aşkara çıxarır. Bu halda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 7.. Vergi yoxlaması zamanı məlum olur ki, iri supermarketdə POS-terminal quraşdırılmayıb. Bu zaman vergi orqanının vəzifəli şəxsləri tərəfindən Məcəllənin 58.7-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 8. Vergi ödəyicisi iri ticarət məntəqəsində POS-terminallar quraşdırsa da, ödənişi kartla etmək istəyən alıcıdan vəsaiti nağdsız qəbul etmir. Bu halda da vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq maliyyə sanksiyası tətbiq ediləcək.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər