Cümə axşamı, 03 İyun 2021 07:04

Topdansatış fəaliyyəti ilə məşğul olan şəxs pərakəndə ticarət fəaliyyət üzrə malları təqdim edə bilər? (I hissə)

Satışına start verilən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kirabından seçmə

Topdansatış fəaliyyəti ilə bağlı cavablandırılmasına ehtiyac duyulan suallardan biri də vergi ödəyicisinin pərakəndə ticarət fəaliyyəti ilə məşğul olması prosesinin tənzimlənməsi ilə bağlıdır. İlk olaraq qanunvericilikdə topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin pərakəndə ticarətlə məşğul olmasına müəyyənləşdirilən tələbləri nəzərdən keçirək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarına əsasən, “topdansatış” fəaliyyəti dedikdə, şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti başa düşülür.  Həmin qaydalarda “pərakəndə satış” anlayışına da aydınlıq gətirilib: pərakəndə satış – bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir.

Qaydalarda qeyd edilir ki, topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılır. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı QADAĞANDIR.

Topdansatış fəaliyyətini tənzimləyən digər qanunvericilik aktı isə, Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilən “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasıdır. Həmin qaydaya əsasən, topdansatış dedikdə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyət başa düşülür.

Burada bir məqama diqqət yetirmək lazımdır. Qayda təsdiq olununda 4.2-ci bənddə qeyd edilirdi ki, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Amma sonradan Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli, 902 nömrəli  Fərmanı  ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndi ləğv edildi.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın