Çərşənbə axşamı, 01 İyun 2021 07:53

Vergi ödəyicisinin kommunal xərcləri üzrə ödənişlər MƏNFƏƏT bəyanməsində necə nəzərə alınır?

Satışı davam edən “Vergi uçotu: A-dan Z-yə” (V nəşr) kitabından seçmə

Vergi ödəyicisinin təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində su və kanalzasiya, enerji, qaz və s. kommunal xərclər də bəyan edilir. Ancaq kommunal xərclərin tanınmasında bəzən problemlər yaranır.

Mİsal 1.  Vergi ödəyicisinin mülkiyyətində olan obyektə görə 1000 manatlıq kommunal xərci olub. İşıq idarəsi elektron qaimə-faktura təqdim edib. Bu halda Mənfəət vergisi bəyannaməsində qeyd edilən xərcin vergi orqanı tərəfindən tanınmasında hər hansı problem yaranmır.

Mİsal 2. Vergi ödəyicisinin icarə müqaviləsi əsasında istifadə etdiyi obyektin 850 manat kommunal xərci yaranıb. İcarədarla bağlanan müqaviləyə uyğun olaraq kommunal xərcin ödənilməsi icarəçi olan vergi ödəyicisinin öhdəliyindədir (onun adına keçirilib). Kommunal qurumlar da elektron qaimə-fakturanı vergi ödəyicisinə göndərir. Bu halda ödənilən məbləğin xərc kimi rəsmiləşdirilməsində problem yaşanmır.

Mİsal 3.  Vergi ödəyicisinin obyektinin illik kommunal xərci 1800 manat təşkil edib. Amma vergi ödəyicisinin istifadə etdiyi obyektin kommunal xidmətləri üzrə sayğacları icarədarın adına olduğundan vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edilməyib. Vergi orqanı elektron qaimə-faktura olmadığı üçün vergi ödəyicisinin xərcini tanımayacaq və kameral uyğunsuzluq haqqında məktub göndərəcək. Bəzi hallarda mümkündür ki, vergi ödəyicisi icarədarla müqaviləni və qəbzləri təqdim etdikdən sonra, vergi orqanı həmin xərci tanısın. Amma vergi ödəyicilərinə tövsiyəmiz odur ki, icarə götürülən obyektlər üzrə işlərini ikinci misala uyğun həyata keçirsinlər.

Mİsal 4.  Vergi ödəyicisi “Qala” biznes mərkəzində ofis icarəyə götürüb. Biznes mərkəzi 200 manatlıq elektrik xidmətləri üçün vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edib. Biznes mərkəzinin elektrik xidməti göstərən hüquqi şəxslə bağladığı agent müqaviləsinə əsasən, sərf olunan elektrikə görə ödənişi “İcarəçi” etməlidir. Elektron qaimə-fakturanı da həmin müqaviləyə uyğun olaraq təqdim edə bilir. Bu halda vergi ödəyicisinin həmin xərcləri nəzərə alınacaq.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın