Vergi Məcəlləsində vergi ödəyicisinin uçotu ilə bağlı hansı maliyyə sanksiyaları nəzərdə tutulub?

Vergi Məcəlləsində vergi ödəyicisinin uçotu ilə bağlı hansı maliyyə sanksiyaları nəzərdə tutulub?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə

Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer  barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinn 58.2-ci maddəsi vergi ödəyicisinin uçotu ilə yanaşı, “Fərqlənmə nişanı” ilə bağlı qaydaların pozulması hallarına tətbiq edilən maliyyə sanksiyalarını da tənzimləyir.

Mİsal 1. Qeyri-kommersiya hüquqi şəxs olan qeyri-hökümət təşkilatı 25 noyabr 2020-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Amma  qeyri-kommersiya hüquqi şəxs 5 yanvar 2021-ci il tarixdə vergi orqanına qeydiyyat üçün müraciət edib. Bu halda vergi orqanı qeydiyyat müraciətini gecikdirdiyinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sankisyası tətbiq edəcək.

Mİsal 2. Dini qurum olan hüquqi şəxs 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Dini qurum vergi orqanına qeydiyyat üçün 30 gündən sonra müraciət etdikdə, vergi orqanı tərəfindən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mİsal 3. Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq vergi orqanlarında uçota durmaq üçün müraciət etməyib. Bu halda fiziki şəxsin fəaliyyəti qanunsuz sahibkarlıq fəaliyyəti hesab olunmaqla yanaşı, vergi orqanında uçota alınmaq üçün müraciət etməməsinə görə Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 40 manat maliyyə sanksiyası hesablanacaq.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər