Çərşənbə, 07 Aprel 2021 11:13

Vergi Məcəlləsində müddətin başlanması necə müəyyən edilir? (4 Misalla izah)

Satışı davam edən "Vergi Məcəlləsi. Ümumi hissənin izahı" kitabından seçmə

Təcrübədə mümkündür ki, vergi orqanı elektron formada təqdim edilməsi nəzərdə tutulan əməliyyat gününə fərqli baxsın. Amma Mülki Məcəllədə müddətin sonrakı gündən başlamasına əsas verən hallar üzrə real vaxt rejimində həyata keçirilən əməliyyatlara fərqli yanaşma tətbiq edilmir.

Vergi Məcəlləsinin 68.1-ci maddəsində bu məsələyə yanaşma Mülki Məcəllə ilə oxşardır.
Vergi Məcəlləsinin müvafiq maddələri üzərindən müddətin başlamasını misallarla izah edək.
Misal 1. Vergi Məcəlləsinin 71-1.1.2-ci maddəsinə əsasən, malları təqdim edən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim etməlidir.
Maddədən göründüyü kimi, müddətin başlanması üçün əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi baş verməlidir. Vergi ödəyicisi 14 dekabr 2020-ci il tarixdə malları təqdim etdiyi halda, müddət axımı 14 dekabr yox, 15 dekabr 2020-ci il tarixdən, yəni hadisənin baş verməsindən sonrakı gündən başlayacaq.
Misal 2. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs, həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi orqanı tələbnaməni 15 dekabr 2020-ci il tarixdə təqdim edibsə, o halda vergi ödəyicisi tələbnamənin təqdim edildiyi gündən sonrakı gündən, yəni 16 dekabr 2020-ci il tarixdən 15 iş günü müddətində sənədləri vergi orqanına təqdim etməlidir.
Hər iki misalda diqqət çəkən məsələlərdən biri də təyin olunan müddətlərdə müddətlərin təqvim və ya iş günləri ilə fərqləndirilməsidir.
Misal 3. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Vergi orqanı tərəfindən 17 dekabr 2020-ci il tarixdə vergi ödəyicisinə sənəd göndərilib. 3 iş gününü əhatə edəcək müddətin axımı sənədin göndərilmə tarixindən - növbəti iş günündən, yəni 18 dekabr 2020-ci ildən başlayır. 19-20 dekabr 2020-ci il tarixi şənbə və bazar gününə, yəni qeyri-iş günlərinə təsadüf etdiyi üçün, həmin günlər müddət axımına daxil edilməyəcək. Çünki Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsində “3 iş günü” ifadəsindən istifadə edilib. O səbəbdən də, müddət axımının (18, 21 və 22 dekabr 2020-ci il) başa çatması 22 dekabr 2020-ci il tarixdə reallaşacaq.
Misal 4. Vergi Məcəlləsinin 35.6-cı maddəsinə əsasən, şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır.
Vergi orqanı 7 dekabr 2020-ci il tarixdə vergi ödəyicisinin müraciətinə əsasən şəhadətnamə-dublikat verir. 8 dekabr 2020-ci il tarixdən hesablanan müddəti əhatə edən 12 dekabr və 13 dekabr 2020-ci il tarixlərinin şənbə və bazar gününə yəni bankların qeyri-iş günlərinə təsadüf etməsinə baxmayaraq həmin tarixlər müddət axımına daxil ediləcək. Səbəb odur ki, Vergi Məcəlləsinin 35.6-cı maddəsində müddət olaraq “iş günü” yox, “gün” qeyd edilib.

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın