Hansı halda təhtəlhesab şəxsə ödənilən məbləğ onun gəliri hesab edilir?

Hansı halda təhtəlhesab şəxsə ödənilən məbləğ onun gəliri hesab edilir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait Nazirlər Kabinetinin “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”na uyğun şəkildə geri qaytarılmadıqda – həmin vəsaitin məbləği muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir.

Misal 1. Vergi ödəyicisi təhtəlhesab şəxsə 1 dekabr 2020-ci il tarixdə 2000 manat vəsait verib. Təhtəlhesab şəxs 15 dekabr 2020-ci il tarixdə 1650 manatlıq avans hesabatı təqdim edib və 300 manatlıq qalığı kassaya qaytarıb. Bu halda həmin vəsaitin işçinin muzdlu işlə əlaqədar alınan gəliri hesab edilib-edilməməsi müzakirələrə səbəb olub. Bəzi mütəxəssislərimiz hesab edirlər ki, vəsait təhtəlhesab şəxs tərəfindən geri qaytarıldığı üçün onun gəliri sayılmamalıdır. Amma Vergi Məcəlləsinin 98.2.7-ci maddəsində “müəyyən edilmiş qaydada geri qaytarılmadıqda” ifadəsindən istifadə edilib. Göründüyü kimi, vəsaitin qaydalara uyğun geri qaytarılmaması imkan verir ki, həmin vəsait təhtəlhesab şəxsin gəliri hesab edilsin. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun maliyyə sanksiyası tətbiq edilə bilər.
Mümkündür ki, vergi orqanı tərəfindən vəsaitin gec qaytarılması ilə bağlı yumşalma tədbiri tətbiq edilsin. Amma həmkarlarımıza tövsiyə edərdik ki, qaydalardakı “5 iş günü” müddətinin tələbinə ciddi əməl etsinlər ki, vergi orqanı tərəfindən hər hansı gəlirin tanınmasına və maliyyə sanksiyası tətbiq edilməsinə ehtiyac qalmasın.
Misal 2. Vergi orqanı operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edib ki, vergi ödəyicisi 2 dekabr 2020-ci il tarixdə təhtəlhesab şəxsə vəsait verib. İşçi 5 iş günü keçməsinə baxmayaraq, avans hesabatı təqdim etməyib. Vergi orqanının vəzifəli şəxsi həmin məbləği təhtəlhesab şəxsin muzdlu işlə əlaqədar alınan gəliri kimi tanıyıb icbari ödənişlərə cəlb edə bilər.
Qaydanın tətbiqi nağd vəsaitlərin uçotunun təkmilləşdirilməsi ilə yanaşı, vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicilərinin pul vəsaitlərinin uçotdan gizlədilməsinin qarşısını almağa hesablanılıb. Çünki bu qayda qüvvəyə minməmişdən öncə, vergi ödəyicisi yüksək məbləğdə vəsaiti təhtəlhesab şəxsə avans kimi yazmaqla, kassadakı vəsaiti leqallaşdıra bilirdi.
Əvvəllər qanunvericilikdə həmin vəsaitlərin hansı müddətə qaytarılması ilə bağlı tələb olmadığı üçün vergi orqanı maliyyə sanksiyası tətbiq etməkdə çətinliklə qarşılaşırdı. Qaydanın qəbulundan sonra qeyd olunan boşluq aradan qaldırılıb.

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər