Vergi orqanı borclu vergi ödəyicisinin ölkədən çıxışına məhdudiyyət qoya bilər?

Vergi orqanı borclu vergi ödəyicisinin ölkədən çıxışına məhdudiyyət qoya bilər?

Satışı davam edən “Vergi Məcəlləsi. Ümumi hisssənin izahı” kitabından seçmə

- vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək (Maddə 23.1.15-3.)

 Kredit və s. borcları zamanı iddiaçı tərəf cavabdeh şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmədən sənədin icra şöbəsinə getməsini gözləməlidir. Amma vergi orqanlarının icra orqanlarına müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var.  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininin 305.1.12-ci maddəsin əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxa birlər.

Həmçinin, Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd edək ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir.

Azərbaycan Respublikasının Prezidentinin 30 sentyabr 2016-cı il, 314-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” AR Qanununa əsasən Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindəki “həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etmək” sözləri “dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə” sözləri ilə əvəz edilib. Beləliklə, vergi orqanı məhkəməyə müraciət etmədən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilir.

Mİsal Vergi orqanının iddiasına əsasən, hüquqi şəxsin rəhbərinin 1000 manat borcu olduğuna görə məhkəmə xüsusi icraat qaydasında onun ölkədən çıxışını məhdudlaşdırıb. Vergi ödəyicisi həmin borcu ödədikdən sonra artıq vergi orqanı məhkəməyə müraciət etmədən, məhkəmə həmin şəxsin ölkədən çıxışına məhdudiyyətin götürülməsi barədə qərar qəbul edə bilir.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər